SON XƏBƏRLƏR

ÜÇTƏRƏFLİ GÖRÜŞ SENTYABRIN 26-da KEÇİRİLƏCƏK

2021.10.20, 07:36
ÜÇTƏRƏFLİ GÖRÜŞ SENTYABRIN 26-da KEÇİRİLƏCƏK

Gunaz.tv
ÜÇTƏRƏFLİ GÖRÜŞ SENTYABRIN 26-da KEÇİRİLƏCƏK Azərbaycan, Türkiyə, Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov, Əli Babacan, Edvard Nalbandyanın Nyu-York görüşü sentybarın 26-da baş tutacaq. «Turan»ın məlumatına görə, üçtərəfli görüşə qədər Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ə.Babacanla ayrıca bir araya gələcəklər. Görüşlərdə əsas müzakirə obyekti Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi olacaq. ------------------------------------------------------------------ PARLAMENT YENİ BAŞ NAZİRİ TƏSDİQLƏDİ taroaso-11.jpg Sentyabrın 24-də Yaponiya parlamentinin aşağı palatası keçmiş xarici işlər naziri Taro Asonun baş nazir təyin olunmasına səs verib. «Media forum» xəbər verir ki, Liberal Demokrat Partiyasının lideri T.Asonun namizədliyini 377 deputat dəstəkləyib. Müxalif Demokrat Partiyasının lideri İtiro Odzava isə yuxarı palatada 117 səs qazanıb. Konstitusiyaya görə, bu halda aşağı palatadakı səsvermə prioritet saylır. Yaponiyanın 92-ci hökumətinə başçılıq edəcək T.Aso son iki ildə üçüncü baş nazir olacaq. O, istefaya gedən Yasuo Fukudanı əvəzləyəcək. Yeni hökumət başçısının rəsmi təyinatını isə Yaponiya imperatoru həyata keçirir. T.Aso sentyabrın 22-də beş namizəd arasında gedən mübarizədən qalib çıxaraq Liberal Demokrat Partiyasının sədri seçilmiş və hakim partiyanın lideri kimi avtomatik olaraq baş nazir postunu tutmaq şansı qazanmışdı. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar