SON XƏBƏRLƏR

Gürcüstanda İsrail izi . Təl-Əviv İranı Gürcüstan ərazisindən vurmağa hazırlaşır

2021.10.20, 07:36
Gürcüstanda İsrail izi . Təl-Əviv İranı Gürcüstan ərazisindən vurmağa hazırlaşır

Gunaz.tv
Gürcüstanda İsrail izi Təl-Əviv İranı Gürcüstan ərazisindən vurmağa hazırlaşır İsveçin Dövlət Müdafiə Tədqiqatları İnstitutu (FOİ) Cənubi Osetiyadakı beşgünlük müharibəyə həsr olunmuş "Qafqaz lakmus kağızı" adlı hesabatını açıqlayıb. Münaqişənin hərbi aspektlərinə həsr olunmuş hissədə isveçli hərbi analitiklər bildirirlər ki, savaş ərəfəsində ABŞ ilə birlikdə keçirilmiş "İmmediate Responce 2008" təlimləri və Gürcüstanda 130 amerikalı hərbçinin olmasına rəğmən, ABŞ Tiflisin osetinlərə qarşı keçirdiyi əməliyyatı dəstəkləməyib. "Bu münaqişədə sayı təxminən 1000 nəfər olan İsrail hərbçiləri daha çox rol oynayıblar. Çox ola bilər ki, bəzi israilli hərbi müşavirlər bilavasitə hərbi əməliyyatlarda və dlöyüşlərdə iştirak ediblər. Savaş ərəfəsində keçirilən və minə yaxın amerikalı hərbiçnin də qatıldığı təlimlər aşkar "İraq istiqamət"li idi. Bunu ABŞ-ın Gürcüstana göndərdiyi, habelə amerikalı təlimatçıların gürcü hərbçilərə keçdikləri tələblərin Cənubi Osetiyada keçirilməsi planlaşdırılan əməliyyata əsla cavab verməməsi də sübut edir. Hər şey İraq üçün nəzərdə tutulmuşdu", - hesabatda deyilir. İsveçin "Svenska Daqbladet" qəzeti İsraildəki mənbələrinə əsaslanaraq bildirir ki, Gürcüstandakı min israilli hərbi mütəxəssis arasında general Qal Hirş də vardı. İsrailin 2006-cı ildə Livanda apardığı müharibəyə hazırlığına rəhbərlik etmiş böu general Sxinvaliyə hücumu da şəxsən hazırlayıb. "Qırmızı lakmus kağızı" müəlliflərinin fikrincə, Təl-Əvivin Gürcüstana olan böyük marağının bir neçə səbəbi var. "İsrail İrana hücuma hazıralşır və əlverişli plasdarm qismində Gürcüstan seçilib. Tiflis və Təl-Əviv arasıdakı çox məxfi anlaşmalara görə, Gürcüstanın hakimiyyət dairələri Vaziani və Marneulidəki hərbi aerodromları israilli hərbçilərin ixtiyarına veriblər. İranı bombalayacaq İsrail qırıcıları məhz bu aerodromlardan havaya qalxacaq, əməliyyatlardan sonra oralara qayıdacaqlar. Əks halda İranı bombalamaq üçün İsrail aviasiyası İraqı keçməlidir ki, bu da yolu azatmaqla bahəm, bir sıra diplomatik problemlərlə bağlıdır, - FOİ-nin hesabatında bildirilir. - İsrailin Gürcüstanda olan maraqlarının daha biri səbəbi neft tranzitidir. Təl-Əviv neftə olan tələbatının 20%-ni Xəzərdən nəql olunan "qara qızıl" hesabına ödəyir. Neft Bakı-Tiflis-Ceyhan kəməri ilə daşınır ki, İsrail də bu marşrutu göz bəbəyi kimi qoruyur". İsraillə Rusiya arasında münasibətlər indi istiləşmə dövrü yaşadığından Gürcüstandakı israilli hərbçilər çox ustalıqla maskalanmışdılar. Məsələn, onların hamısı özəl şirkətlərin əməkdaşları kimi "çalışırdılar"". Və məhz onların vasitəsilə İsraildən Gürcüstana silah, sursat və hərbi texnika göndərilirdi. Belə əməkdaşlığın baş koordinatoru İsrailin Müdafiə Nazirliyi olub.express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar