SON XƏBƏRLƏR

Erməni diasporunun yeni hədəfi

2021.10.20, 07:36
Erməni diasporunun yeni hədəfi

Gunaz.tv
Erməni diasporunun yeni hədəfi "Aviva"dır 1915-ci il hadisələrinə görə sığorta davası! QayNar: Bir qrup erməni diaspor təşkilatı, Osmanlı İmperiyası dönəmində ermənilərə sığorta vekselləri satan "Norwich Union&Commercial Union" qrupunun bu günkü varisi olan "Aviva" sığorta qrupuna qarşı təzminat davası açıb. "Qaynar.info"-nun məlumatına görə, şikayətçilər, hal-hazırda dünyanın ən böyük beşinci sığorta qurumu olan ingilis şirkətini, 1880-1915-ci illər arasında Osmanlı İmperiyasının qərbində yaşayan ermənilərə həyat və yanğın sığortaları üçün ödənən pulları 1915-ci ildən sonra haqsız yerə dayandırmaqda günahlandırırlar. Ermənilər daha öncə də Amerikanın "New-York-Life Insurance", Fransanın "Axa" və Almaniyanın "Deutsche Bank" və "Dresdner Bank"ından da eyni iddialarla şikayətçi olmuşdular. Aparılan məhkəmə proseslərindən sonra "New-York-Life Insurance" və "Axa" şirkətləri Osmanlı İmperiyası dönəmində sığortalanan ermənilərin varisi olduğunu sübut edənlərə təzminat ödəməyi qəbul etdi. "New-York-Life" şirkətinə təzminat üçün bu günə qədər təqribən 6 min erməni varisin müraciət etdiyi, bunların 3 min 700-ünə təzminat ödəndiyi bildirilir. Fransız "Axa" şirkəti ilə əldə edilən qeyri-rəsmi razılaşma çərçivəsində də "Axa" varislərə 17,5 milyon dollar təzminat ödəməyi qəbul etmişdi. Bu miqdarın 3 milyon hissəsi bir fond vasitəsilə Fransadakı erməni dərnəklərinə paylanacaq. //Rəşad Səfərov, QayNar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar