SON XƏBƏRLƏR

Qaraçılar Türkiyəni məhkəməyə verib

2021.10.20, 07:36
Qaraçılar Türkiyəni məhkəməyə verib

Gunaz.tv
Qaraçılar Türkiyəni məhkəməyə verib avropa-mehkemesi.jpg Türkiyədə Mustafa Aksu adlı bir şəxs Mədəniyyət və Turizm Nazirliyinin nəşr etdirdiyi “Türkiyə qaraçıları” kitabla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib. Lent.az-ın məlumatına görə, Mustafa Aksu müraciətində kitabda milli ayrı-seçkiliyə yol verildiyini, qaraçıların təhqir olunduğunu göstərib. Şikayət icraata götürülüb, məhkəmədən müraciətlə bağlı Türkiyə hökumətinə sorğu göndərilib. Dörd il əvvəl çap edilən nəşrdə qaraçıların alınlarının dar və başlarının kiçik olduğu, oğruluq, cibgirlik və əxlaqsızlıqdan əldə etdikləri gəlirlə dolandıqları yazılıb. Mustafa Aksununun bu ifadələrin kitabdan çıxarılması ilə bağlı yerli məhkəmələrə etdiyi müraciətlər nəticəsiz qaldığından Avropa məhkəməsinə üz tutub. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar