SON XƏBƏRLƏR

Güney Azərbaycan Milli birlik Şurasının ( Milli Şura), Güney Azərbaycanda son hadisələrə münasibəti

2021.10.20, 07:36
Güney Azərbaycan Milli birlik Şurasının ( Milli Şura), Güney Azərbaycanda son hadisələrə münasibəti

Gunaz.tv
Güney Azərbaycan Milli birlik Şurasının ( Milli Şura) “Güney Azərbaycanda son hadisələrə münasibəti” Azərbaycan Türk milləti ! Azərbaycan milli hərəkatı böyüyüb inkişaf tapdıqca onunla mübarizə aparıb, sındırmağa çalışan Fars şovinizminin metodlarıda deyişir və bundan sonrada elə olacaqdır. Bu metodlar qarşısında dayanaraq, sınmadan , qırılmadan, usanmıyaraq demokratik metodumuzu deyişmədən müqavimət göstərib beynalxalq usullara dayanaraq fars şovinizmini rusvay etmemiz ən etkin yol hesab edilməkdədir. Günüy Azərbaycandakı bu ağır şəraitdə xaricdəki quvvələrin son hadisələr və tutuqlamalara qarşı apardıqları aksiyalar, müraciət və münasibətlər açıqca göstərirki , fars şovinizminin yola saldığı bu rəvani mübarizənin nəticəsi onun xeyrinə olmamışdır və olmuyacaqdır. Bu aksya və fəaliyətlər Güney Azərbaycandaki milli fəallar və özəlliklə siyasi zindanilərimizdə var olan ruh yüksəkliyini dahada gücləndirəcəyi inkar edilməzdir. Ona görə biz “ milli Şura “ olaraq bütün bu çabaları dəstəklir, kim vəya kimlərin tərəfindən atılmasına baxmıyaraq onlara qoşulmağı özümüzə milli borc sayırıq. Bu vsilə ilə Tehranda iftar süfrəsində tutulanlardan, halən ortaçağ usulları ilə qorxunc Evin zindaninin 209- cu bəndində saxlanılan cənablar : Əlriza bəy Sərrafi Əkbər bəy Azad Həsən bəy Raşidi Səid bəy muğanlı Həsən bəy Rəhimi Huseyn bəy Heydəri Abbas bəy Nəimi Mehdi bəy Nəimi Səyyad bəy məhəmmədiyan – gilin qeyri qanuni tutuqlanaraq , təcriddə saxlanılmalarını şiddətlə qınayır və onların qeyidsiz- şərtsiz azadlığa buraxılmalarını tələb edirik. Jurnalistlik fəaliyətindən başqa bir suçu olmuyan xanim Şəhnaz Qulamiyə kəsilən 6 aylıq qəti zindan hökmü qədər ədalətsiz qəzavətin dərhal durdurulmasini tələb edirik. Aylardan bəri Təbrizdə tutulub, bugünə qədər durumlarını bildirmədən və ailələri ilə görüşmə imkanını yaratmadan hardasaxlandıqları məlum olmuyan tələbələr , cənab : Səccad Radmehr Daryuş hatəmi Məcid Makui - gilin durumlarının aydınlaşmasını tələb edirik. Aərbaycan Türk millətinin çağdaş milli hərəkatı beynalxalq usullara dayanaraq, qanuni insan haqlarini və BMT bəyannamələri əsasında “ milli müqəddərati təyin “ prensiplərini tələb etməkdədir. Onun üçün ayağa qalxmış millətimizə olan bu təzyiqləri insanlıq prensiplərinə uymuyan və beynalxalq insan haqlarına ayqırı sayır və qınayırıq. Siyasi zindanilərimizin ailələrinə, özəlliklə son günlər sayın Fəraz bəy Zehtabi və Aydın bəy xacei - nin ailələrinə olan təziqlərin durdurulması bütün insanlığın istəyi olmuşdur. Bu vəsilə ilə fars şovinizminin bütün qanatlarına, özəlliklə Tehran hakimiyətinə bildirmək istəyirik ki, bu asdı – kəsdi siyasəti indiyə qədər nəticə vermədiyi kimi bundan sonrada nəticəsiz olacaqdır. Sadəcə, günü- gündən güclənən və geriyə dönüş imkanı olmuyacaq qədər yayılaraq genişlənən Azərbaycan milli hərəkatının fəalları və türk millətinin ürəyində sağalmaz bir yara açacaqdır. Özəlliklə gənclərimizin içində qazdığınız bu yaranın sızıltıları bir gün tufana dönüşərək kökünüzün kəsilməsi üçün tırpan olacaqdır. O gün bu cavanların qarşısını kimsə alamıyacaqdır. Gec olmadan bu azadlıq quşlarını Evin qəfəsində saxlamaqdansa, onları azadlığa buraxıb, milli haqlarımızın necə təmin edilmə yollarını müzakirə etməniz bölgədəki bütün xalqların xeyrinə olacaqdır. Güney Azərbaycan Milli Birlik Şurasi Baş komitə azadtribun

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar