SON XƏBƏRLƏR

AKP-li MİLLƏT VƏKİLİNDƏN AYDIN DOĞANA TƏHDİD . Səni səhər yuxudan oyadıb əlləri qandallı apara bilərlər

2021.10.20, 07:36
AKP-li MİLLƏT VƏKİLİNDƏN AYDIN DOĞANA TƏHDİD . Səni səhər yuxudan oyadıb əlləri qandallı apara bilərlər

Gunaz.tv
AKP-li MİLLƏT VƏKİLİNDƏN AYDIN DOĞANA TƏHDİD “Səni səhər yuxudan oyadıb əlləri qandallı apara bilərlər” Türkiyədə mediamaqnat Aydın Doğanla baş nazir Rəcəb Tayyib Ərdoğan və onun partiyası arasında qovğa davam edir. Xatırladaq ki, çəkişmə Doğan qrupuna bağlı olan qəzetlərdən birinin Ərdoğanın da adının keçdiyi, Almaniya məhkəməsi tərəfindən araşdırılan korrupsiya qalmaqalı haqda yazmasından sonra başlayıb. Söhbət Dənzi Fənəri adlı dərnəyin Almaniyada yaşayan türklərdən din yolunda xeyriyyəçilik adı altında iri məbləğdə pul yığılmasından və həmin pulların qeyri-leqal yollarla Türkiyəyə daşınıb AKP-yə sərf olunmasından gedir. İndiyədək Ərdoğan Aydın Doğanın ünvanına dəfələrlə sərt çıxışlar edib, öz növbəsində Doğan qrupuna daxil olan KİV-lər həmin korrupsiya qalmaqalı haqda yeni-yeni faktlar açıqlayıb. Bu dəfə AKP-dən olan millət vəkili, partiyanın Mərkəzi İntizam Komissiyasının üzvü Kəmaləddin Göktaşdan Doğanın ünvanına təhdid xarakterli açıqlama gəlib: “Doğan Media Holdinqinin sahibi günlərin birində səhər tezdən evindən alınıb əlləri qandallı həbsxanaya göndərilsə” təəcüblənməyin”, - deyə o, jurnalistlər qarşısında bildirib. Aydın Doğan isə bu təhdidə vəkili vasitəsilə cavab verib. Mediamaqnatın vəkili deyib ki, AKP millət vəkili iş adamını açıq şəkildə təhdid və şantaj edib: “Onun bildiyi varsa açıqlamalıdır. Şantaj yoluyla qorxutma siyasəti aparmaq hüquq dövlətinin təməllərinə zərbədir. Əgər Göktaş bunu öz arzusu kimi ifadə edibsə, o zaman biz ona Türkiyənin diktatura sistemi ilə idarə edilmədiyini xatırlatmaq istəyirik”. Bu arada AKP liderləri haqqında bir-birinin ardınca korrupsiya dosyeləri açıqlayan CHP millət vəkili Kamal Kılıcdaroğlu ilə hakim partiyanın ikinci adamı sayılan Dengir Mir Mehmet Fırat arasında da sərt polemika gedir. Kılıcdaroğlu bəyan edib ki, AKP-nin korrupsiya maşınına Fırat rəhbərlik edir. Müxalifətçi millət vəkili Fıratı “baron” adlandıraraq onun narkotik qaçaqmalçılığı, saxta ixrac əməliyyatları və digər əməllərlə məşğul olduğunu deyib. Buna cavab olaraq Fırat Kılıcdaroğlunu media qarşısında söyüb. Kılıcdaroğlu onu da deyib ki, baş nazir Ərdoğanın xarici siyasət məsələləri üzrə keçmiş müşaviri, haqqında rüşvət faktının üzə çıxmasından sonra partiyadakı vəzifələrindən istefa verən Şaban Dişli hakim partiyanın qeyri-leqal pul dövriyyəsinə başçılıq edən adamdır, ona görə də AKP onu qorumağa çalışır. F.Məmmədov musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar