SON XƏBƏRLƏR

İrandan narkotik maddələrin keçirilməsi halları artıb

2021.10.20, 07:36
İrandan narkotik maddələrin keçirilməsi halları artıb

Gunaz.tv
İrandan narkotik maddələrin keçirilməsi halları artıb 8 ay ərzində 183 kiloqram narkotik maddə saxlanılıb Cari ilin 8 ayı ərzində gömrük xidməti orqanları tərəfindən 183 kiloqramdan artıq narkotik maddə saxlanılıb. Bu barədə açıqlama verən Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib ki, bu müstəqil Azərbaycan Respublikasının tarixində qeydə alınmış ən yüksək göstəricidir.("OLAYLAR"İA)"Qorxulusu odur ki, əvvəllər əməliyyat həyata keçirilərkən söhbət qramlardan gedirdisə, indi artıq on kiloqramlardan söhbət gedir və bunlar aşkar edilir". Komitə sədri İrandan Azərbaycana qaçaqmal yolu ilə narkotik maddələrin keçirilməsi hallarının artdığını da inkar etməyib: "Bu adətən qaçaqmalçılıq yolu ilə baş verir. Eyni zamanda burada keçid məntəqələri ilə yanaşı digər sahələr də var. Ancaq bu sahədə iş aparılır". olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar