İranda daha üç iaşə obyekti bağlandı
Urmiya komandası İran Voleybol Premyer Liqasında daha üç xal qazandı
Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb
Küveyt İran səfirini Xarici İşlər Nazirliyinə çağırdı
İranda daha 9 məhbus edam edildi
Ceyhun Bayramov Ankarada TDT XİN Şurasının iclasında iştirak edib
İran edam və repressiyaları dərhal dayandırmalıdır- Hollandiya
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik ünvanlayıb
Rəsmi Seul Hörmüz boğazına hərbi qüvvə göndərməklə bağlı ABŞ-la danışıqlar aparır
Ceyhun Bayramov Türkiyəyə səfər edib
Qəzvinli fəal həbs edildi
Türkiyədə Cümhuriyyət Günü qeyd olunur
Tramp İranla müharibəni çox qısa müddətdə başa çatdırmaq niyyətindədir
İran polisi daha bir bəlucu öldürdü
İran məhkəməsi daha bir bəhaiyə ağır həbs cəzası verdi
İsrail və ABŞ razılaşıb: İrana genişmiqyaslı hücum bərpa ediləcək
Türkiyədə ABŞ İran arasında görüş keçirilməsi təklif edilib
İran Əmək Nazirliyinin rəsmisi ilin sonunadək 1 milyon 400 min iş yerinin itirilməsi təhlükəsi barədə xəbərdarlıq edib
Əmirhüseyn Ağayi Təbrizdə həbs edilib
Güneyli fəal Mehrdad Qaderi Təbriz həbsxanasına köçürülüb
İranda illik inflyasiya 76,8 faizə çatıb: ərzaq məhsullarında kəskin bahalaşma
Küveyt İran səfirini çağırıb
Ramil Həsən Cevdet Yılmazla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
ABŞ İsrailə daha çox “Patriot” hava hücumundan müdafiə sistemi göndərir
Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
Allahşükür Paşazadə: Dindarlar hər zaman dövlətimizin yanındadırlar, xaricdən gələcək hər bir təxribata cavab verməyə hazırıq
Iranda daha altı məhbus edam edilib
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Sulduzlu sosial media fəalı müvəqqəti olaraq sərbəst buraxılıb
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
Tramp seçkilərdən sonra İrana zərbə endirilməsinin mümkün olduğunu bildirib
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
ABŞ İranın Amerika hərbi gəmilərinin Hörmüzdən çıxması barədə bəyanatını təkzib edib
CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
Ərdəbilli fəal həbs edilib
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
İraqlı etirazçılar: “İran, itlərini geri çək!” (Video)
İran işğalçı rejiminin Azərbaycan Respublikasında din və hicabı müdafiə etməsi, işğal altındakı Əhvazda isə sünnilərin və vilayəti-fəqihə tabe olmayan şiələrin toplantılarını qadağan etməsi və onları həbs etməsi arasındakı ziddiyyət!!
İranda Güneyli rejissor həbs və əmlakının müsadirəsi cəzasına məhkum edilib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Dini missionerlik öncəki kimi ideoloji savaşda əsas təsir vasitələrindən biridir. Dünyanın müxtəlif ölkələrindən olan missionerlər konkret dairələrin maraqlarına uyğun təbliğatlarını aparmaqdadırlar. Müşahidəçilər Qafqazda missionerlərin fəallaşdığını vurğulayırlar. Əsasən xristian missionerlər fərqlənirlər. Onların planlarında bu istiqamətdə daha da fəal olmaq vardır. Səbəb nədir? Dinlərarası münasibətlər müasir dünya üçün vacib faktordur. Tarixən sosial, ideoloji və siyasi böhranlar qlobal miqyas alanda dini təlimlərdə fəallıq artır. Çünki əsasən din insanlar və xalqlararası münasibətləri formalaşdırır. Dini təsəvvürlər insanların dünyagörüşünə çox ciddi təsir edir. Ona görə də bizim həssas və qalmaqallı dünyamızda dini missionerliyin yeni məna kəsb etməsi gözlənilən haldır. Bu mübarizənin fonunda xristian missionerlərin dünyanın siyasi və geosiyasi cəhətdən ən aktiv bölgələrində fəallığını artırmaq planlarını da başa düşmək olar. Eyni zamanda, məsələnin başqa bir tərəfini də vurğulamaq gərəkdir. Problem dünyada İslamın nüfuzunun artmasına bağlıdır. Onun da bir çox tarixi və obyektiv səbəbləri vardır. Son zamanlar hətta xristianlığı öyrənən elm adamlarının İslamın üstünlüklərindən yazması təsadüfi və fərdi maraqla bağlı deyil. Dünyada gedən proseslərə daha çox düzgün reaksiya verən və ziddiyyətlərdən çıxış yolunu göstərən din kimi İslamın şanslarının çox olduğu aydın görünür. Həm də illərdir İslamı qaralamağa yönəlik kampaniyalar gözlənildiyinin əksinə olaraq onun populyarlığını artırdı. Sadə insanlar dini inancından asılı olmayaraq İslama meyllənməkdədirlər. Siyasətçilər isə İslama olan hücumlardan sonra onun mənəvi üstünlüklərindən danışmağa məcbur qaldılar ki, bu da ona marağın daha da artması ilə sonuclanır. Bir sözlə, heç bir dini inanca radikal olmayan İslam Allahın rizası ilə bəşəriyyətə daha böyük vüsətlə yayılmaqdadır. Bundan bir çox xristian dairələr narahat olurlar və əks tədbirlər görməyə çalışırlar. Missionerlik bu sahədə əsas vasitədir. Missionerlər dünya üzrə təsiri artan xristian dövlətlərin rəsmi siyasəti səviyyəsinə qalxmaqdadır. Məsələnin əsas təhlükəli tərəfi bizcə, bundan ibarətdir. Ona görə ki, özlüyündə istənilən dini inanc fərdi seçimdir. İslamı yayanlar bu qaydaya ciddi əməl ediblər, insan inanıb İslamı seçib. O baxımdan kiminsə inanıb xristianlığl seçməsinə tolerant yanaşmaq gərəkdir. Ancaq məsələ dövlət ideologiyasına bağlanıb, müxtəlif maddi həvəsləndirmə ilə insanları dinindən etmək böyük dinsizlikdir. Görünür, bəziləri katolikliyin pulla kilsəyə gedib günahları yumaq təcrübəsini başqaları üzərində sınaqdan keçirmək iddiasına düşüb. Maddi həvəsləndirmə ilə insanları “xristian etmək” dini inancın iflasıdır. Ancaq o, konkret dövlətlərin maraqlarına xidmət etdiyindən təhlükəli miqyasda sistemli inancsızlıq formalaşdıra bilər. Şübhəsiz ki, elə bu səbəblərə görə, bir çox Qərb ölkələrində bəzi xristian təriqətlərini qadağan ediblər. Xristian missionerlərin fəallaşmasının əsas səbəbinin İslamın vüsət alması olması fonunda mənəvi deqradasiya faktorunu ayrıca qeyd etmək gərəkdir. Sirr deyil ki, bütün xristian dünyası mənəvi pozğunluq girdabında çabalayır. Heç bir hüququ tədbir bunun qarşısını ala bilmir. Cinsi pozğunluqdan tutmuş cinayətin müxtəlif növlərinə qədər olduqca təhlükəli tendensiyalar güclənir. Xristian alimlər özləri etiraf edirlər ki, xristianlıq bunun qarşısını ala bilmir. İslam isə dünya üzrə mənəviyyatı qoruya bilən ən güclü din olaraq qəbul edilir. O səbəbdəndir ki, Qərbdə bir çoxları öz mənəviyyatlarını və deməli, gələcəklərini xilas etmək üçün İslama üz tuturlar. Nəhayət, bütün bunların fonunda iqtisadi cəhətdən güclü olan dövlətlərin dünyaya təsirini artırması ilə öz dini görüşlərini də insanlara yeritmək istəklərini kənara qoymaq olmaz. Onlar iqtisadi cəhətdən təmin olunmuş insanların həm də müsəlman olmasını qəbul etmək istəmirlər. Yəni düşünürlər ki, dünya iqtisadi cəhətdən inkişaf etdikcə müsəlmanların sayı artacaq. Dolayısı ilə onlar pullarını müsəlmanın inkişafı üçünmü xərcləyirlər? Bu məsələlər xristian missionerlərin işlərini çoxaldır. Ancaq dünyanın bir həqiqəti var – heç nəyi Allahın iradəsindən kənar qəbul etdirmək olmaz. Onlar nə qədər çox çalışsalar da sonda ən doğru inanc qalib gələcək. Çünki hər şeydən üstün olanı dünyanı qurtarmaqdır. Şahin Məhəmmədoğlu olaylar
Küveyt İran səfirini Xarici İşlər Nazirliyinə çağırdı
İran edam və repressiyaları dərhal dayandırmalıdır- Hollandiya
Türkiyədə Cümhuriyyət Günü qeyd olunur
İran polisi daha bir bəlucu öldürdü
İsrail və ABŞ razılaşıb: İrana genişmiqyaslı hücum bərpa ediləcək
Türkiyədə ABŞ İran arasında görüş keçirilməsi təklif edilib
Iranda daha altı məhbus edam edilib
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər
Iranda daha altı məhbus edam edilib
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İran agentlərinin ABŞ ərazisində olması ehtimalı yüksəkdir- New York Times
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
Rusiyalı nüvə alimləri İrandan təxliyə edilib?
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda daxili təyyarə biletləri 45 faiz bahalaşıb