SON XƏBƏRLƏR

Moskvanın Tuşinsk bazarındakı kafedə törədilən partlayışda azərbaycanlılar hədəfə götürülüb

2021.10.20, 07:36
Moskvanın Tuşinsk bazarındakı kafedə törədilən partlayışda azərbaycanlılar hədəfə götürülüb

Gunaz.tv
Moskvanın Tuşinsk bazarındakı kafedə törədilən partlayışda azərbaycanlılar hədəfə götürülüb Sentyabrın 23-də Moskvanın Tuşinsk bazarındakı kafedə baş vermiş partlayış qəsdən törədilib və kafenin sahibi olan azərbaycanlılar hədəfə götürülüb. APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, kafenin sahibi Azərbaycan vətəndaşıdır və onun həyat yoldaşı da ortada çalışır. Azərbaycanlı qadın şübhəli paket gördükdən sonra içəridə olan insanları kafedən çıxarıb və qapını bağlayaraq bazar rəhbərliyinə xəbər verməyə gedib. Elə bu zaman partlayış baş verib. Nəticədə 5 nəfər yaralanıb. Onlardan 3-ü xəstəxanada müalicə olunur. Partlayışı skinhedlərin törətdiyi istisna edilmir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar