SON XƏBƏRLƏR

“Zamin Bank” ın Mərkəz filialının direktoru tutuldu

2021.10.20, 07:36
“Zamin Bank” ın Mərkəz filialının direktoru tutuldu

Gunaz.tv
“Zamin Bank” ın Mərkəz filialının direktoru tutuldu qandal00.jpg O, 100 min dollar vəsaiti mənimsəməkdə təqsirləndirilir Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində “Zamin Bank” ASC-nin Mərkəz filialının direktoru, Bakı şəhər sakini Vidadi Xudiyev tutulub. Bu barədə Lent.az-a DİN mətbuat xidmətindən bildirilib. Araşdırma nəticəsində V. Xudiyevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bank sənədlərini saxtalaşdırmaq yolu ilə Orxan Şirinov, Sərdar Qəribov və qeyrilərinə məxsus 100 min manat məbləğində pul vəsaitini mənimsədiyi müəyyənləşdirilib. Faktla əlaqədar Respublika Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən cinayət işi başlanıb. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar