SON XƏBƏRLƏR

BMT Baş Assambleyasında çıxış edən Əhmədinejad bir daha ölkəsinin nüvə proqramını dayandırmayacağını bəyan edib

2021.10.20, 07:36
BMT Baş Assambleyasında çıxış edən Əhmədinejad bir daha ölkəsinin nüvə proqramını dayandırmayacağını bəyan edib

Gunaz.tv
BMT Baş Assambleyasında çıxış edən Əhmədinejad bir daha ölkəsinin nüvə proqramını dayandırmayacağını bəyan edib ahmad_bmt1.jpg “İran xalqı dialoqa hazırdır. Lakin xalq qeyri-qanuni tələbləri qəbul etməyib və etməyəcək də" BMT Baş Assambleyasının sessiyasında tribunaya qalxan İran İslam Respublikası prezidenti Mahmud Əhmədinejad isə bir daha ölkəsinin “nüvə yanacağının istehsalı da daxil olmaqla nüvə proqramını dayandırmayacağını bəyan edib. Bununla belə, Mahmud Əhmədinejad İranın problemlə bağlı dialoqa açıq olaraq qaldığını da bildirib. Əhmədinejad bir daha bəyan edib ki, Tehranın nüvə proqramı tamamilə dinc məqsədlər üçün nəzərdə tutulub və ölkəsi nüvə enerjisi üzrə beynəlxalq agentliklə sıx əməkdaşlıq edir. “İran xalqı dialoqa hazırdır. Lakin xalq qeyri-qanuni tələbləri qəbul etməyib və etməyəcək də. Bir neçə ölkə İrana, eləcə də nüvə enerjisi üzrə beynəlxalq agentliyə siyasi və iqtisadi təzyiq edərək İranı qorxutmağa, eləcə də İran xalqının dinc məqsədlər üçün nüvəyə texnologiyasına sahib olmasına mane olmağa çalışırlar. Bu ölkələr özləri yeni nəsil ölümcül nüvə silahı istehsal edir və beynəlxalq müşahidədən kənar nüvə silahı ehtiyatına malikdirlər”. İran prezidenti məhz ABŞ-ın adını çəkməsə də, həmin ölkələrdən birinin Hirasimo və Naqasaki faciələrinin günahkarı olduğunu söyləyib. Bununla əlaqədar İran dövlət başçısı müstəqil dövlətlərdən ibarət silahsızlaşdırma komitəsinin yaradılmasını təklif edib. Mahmud Əhmədinejad, həmçinin nüvə enerjisi üzrə agentliyə müraciət edərək dünya ictimaiyyətinə nüvə ölkələrində aparılan monitorinqlərin dəqiq hesabatını təqdim etməyə çağırıb. İran dövlət başçısının sözlərinə görə, İsrail dövləti məhvə məhkumdur və o hazırda xilas yolu olmayan quyunun içindədir. O, Amerika imperiyasının da öz yolunun sonuna gəldiyini, növbəti rəhbərlərin başqa dövlətlərə müdaxilə siyasətindən əl çəkəcəyini və yalnız öz sərhədləri daxilində fəaliyyət göstərəcəklərini vurğulayıb./ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar