SON XƏBƏRLƏR

Mixail Saakaşvili: “BMT təkcə Rusiyanın Gürcüstana təcavüzünə deyil, dünyanın hər yerində təcavüz hallarına qarşı sərt mövqe tutmalıdır”

2021.10.20, 07:36
Mixail Saakaşvili: “BMT təkcə Rusiyanın Gürcüstana təcavüzünə deyil, dünyanın hər yerində təcavüz hallarına qarşı sərt mövqe tutmalıdır”

Gunaz.tv
Mixail Saakaşvili: “BMT təkcə Rusiyanın Gürcüstana təcavüzünə deyil, dünyanın hər yerində təcavüz hallarına qarşı sərt mövqe tutmalıdır” “Gürcüstan ərazilərinin işğal edilməsi, ölkənin iki separatçı bölgəsinin müstəqilliyinin tanınması və minlərlə insana qarşı etnik təmizləmə siyasəti yürüdülməsi dünyaya, millətlər cəmiyyətinə meydan oxumaqdır”. APA-nın məlumatına görə, bu fikirləri BMT Baş Assambleyasının 63-cü sessiyasında çıxış edən Gürcüstan prezidenti Mixail Saakaşvili söyləyib. O, BMT-ni konkret silahlı təcavüz faktına münasibət bildirməklə yanaşı, dünyanın hər yerində təcavüz faktlarına qarşı sərt mövqe tutmağa çağırıb. Mixail Saakaşvili ölkəsinə silahlı təcavüzə ölkənin daha da demokratikləşməsi metodları ilə cavab verəcəyini bildirib. Onun sözlərinə görə, “İkinci qızılgül inqilabı” planlarına parlamentin səlahiyyətlərinin genişləndirilməsi, müstəqil məhkəmə sisteminin möhkəmləndirilməsi, siyasi həyatda plüralizmin dəstəklənməsi və özəl mülkiyyətin müdafiəsinə dair tədbirlər daxildir. Prezident həmçinin BMT-ni Abxaziya və Cənubi Osetiya ərazisində sühlməramlı fəaliyyət və vasitəçilik mexanizmlərinin dəyişdirilməsinin vacib olduğunu bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar