SON XƏBƏRLƏR

TEHRANDA HƏBS OLUNAN MILLI FƏALLARIN EVLƏRI TƏFTIŞ OLUNUR

2021.10.20, 07:36
TEHRANDA HƏBS OLUNAN MILLI FƏALLARIN EVLƏRI TƏFTIŞ OLUNUR

Gunaz.tv
TEHRANDA HƏBS OLUNAN MILLI FƏALLARIN EVLƏRI TƏFTIŞ OLUNUR DAK informasiya mərkəzinə daxil olan məlumata əsasən 10 sentyabr 2008-ci il tarixində Tehranda iftar süfrəsində həbs olunan və hələdə Evin həbsxanasının 209-cu kamerasında saxlanılan Güney Azərbaycan milli fəallarının evləri ETTELAAT məmurları tərəfindən təftiş olunur. Məlumatda bildirilir ki, həbsdə olan tanınmış jurnalistlər mühəndis Əlirza Sərrafi və Həsən Rəşidinin evinə ETTELAAT məmurları iki gün öncə hücum edərək 3 saat müddətinə soydaşlarımızın evlərində axtarış aparıblar. Axtarış zamanı mühəndis Sərrafiyə məxsus şəxsi əşyaları özlərilə apariblar. Həsən Rəşidi Tehranda nəşr olunan “Varlıq” dərgisinin redaktor heyyətinin üzvü, Türk dili və ədəbiyyatının müəllimi, tanınmış jurnalistlərdəndir. Soydaşımızın evinə hücum edən məmurlar evdən ona məxsus telefon kitabçasını və bəzi şəxsi əşyaları özlərilə aparıblar. ETTELAAT məmurları mühəndis Əlirza Sərrafinin həyat yoldaşı və oğlunuda həbs etdikləri bildirilir. dak

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar