SON XƏBƏRLƏR

«DALĞA»nın SƏDRİ İSTEFA VERİB

2021.10.20, 07:36
«DALĞA»nın SƏDRİ İSTEFA VERİB

Gunaz.tv
«DALĞA»nın SƏDRİ İSTEFA VERİB th030111526.jpg «Dalğa» Gənclər Hərəkatının sədri Vəfa Cəfərova istefa verib. Vəfa Cəfərova Hərəkatın nizamnaməsinin 4-cü müddəasının 3-cü bəndinə görə qurultay gününə ən azı 20 gün qalmış sədr istefa verməli və müvəqqəti olaraq idarəçilik qurultaya hazırlıq üzrə təşkilat komitəsinə keçməlidir. «Media forum» saytı xəbər verir ki, artıq «Dalğa»nın qurultaya hazırlıq üzrə təşkilat komitəsi yaaradılıb. Komitəyə Elvin Kazımlı rəhbər seçilib. Oktyabrın 20-də keçirilməsi nəzərdə tutulan qurultayda sədrin və Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) hesabatları dinlənəcək, gizli səsvermə ilə növbəti bir il üçün sədr və onun birinci müavini seçiləcək. Qurultayda hərəkatın bir il müddətinə İdarə Heyəti və MNTK, müxtəlif sahələr üzrə koordinatorlar, həmçinin komissiya sədrləri müəyyənləşəcək. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar