SON XƏBƏRLƏR

ABŞ KONQRESİ 1932-33-CÜ İLLƏRDƏ UKRAYNADA BAŞ VERƏN ACLIĞI SOYQIRIM KİMİ TANIYIB

2021.10.20, 07:36
ABŞ KONQRESİ 1932-33-CÜ İLLƏRDƏ UKRAYNADA BAŞ VERƏN ACLIĞI SOYQIRIM KİMİ TANIYIB

Gunaz.tv
ABŞ KONQRESİ 1932-33-CÜ İLLƏRDƏ UKRAYNADA BAŞ VERƏN ACLIĞI SOYQIRIM KİMİ TANIYIB kongres.gif Nümayəndələr Palatasında qəbul olunan qətnamədə bildirilir ki, Amerikada 1985-ci ildə yaradılan komissiya Ukraynadakı aclığın süni şəkildə qəsdən törədildiyi qənaətinə gəlib. Sovet hökumətinin bu cinayətini pisləyən konqres faciə barədə həqiqətlərin dünyada yayılmasını istəyib. /İctimai TV/ ----------------------------------------------------------------------- YAPONİYA HÖKUMƏTİ TAM TƏRKİBDƏ İSTEFA VERİB Yasuo Fukudanın rəhbərlik etdiyi Yaponiya hökuməti tam tərkibdə istefa verib. Hökumətin istefa verməsi formal xarakter daşıyır. Hakim Yaponiya Liberal-Demokrat Partiyası baş nazir vəzifəsinə namizədliyi irəli sürülən qurumun baş katibi Taro Asonun namizədliyi təsdiqlənib. Bununla bağlı parlamentdə keçirilən səsvermədə sabiq Xarici İşlər naziri Taro Aso səslərin 337-ni əldə edərək rəqibi müxalifətçi İxiro Azavanı üstələyib. O, hələlik yeni kabinetin tərkibini açıqlamayıb. Yaponiya mətbuatı artıq bəzi vəzifələrin sahibinin məlum olduğunu yazıb. Məlumata görə, yeni kabinetdə Xarici İşləri naziri vəzifəsini sabiq baş nazir Nakasonenin oğlu Fuximiro Nakasone tutacaq. /İctimai TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar