SON XƏBƏRLƏR

Nardaranlıların qəribə işləri

2021.10.20, 07:36
Nardaranlıların qəribə işləri

Gunaz.tv
Nardaranlıların qəribə işləri Allaha and olsun ki, nardaranlıların işindən özlərindən başqa kimsə baş aça bilməz. Bir yandan Corc Buşa məktub yazıb, ondan kömək istəyirlər, o biri tərəfdən, ABŞ-ın bayrağını yandırırlar. Di gəl, ay Buş, bayrağını yandıranlara kömək elə... Sovetlərin tərkibində olanda hansısa respublikada kimisə incidəndə adam tənbəllik eləməyib, birbaşa Mavzoleyə - Lenin babaya şikayət yazardı. Ondan sonra həmin adamın qabağında bir kimsə duruş gətirə bilməzdi. İndi dövran dəyişib, SSRİ-nin evi yıxılıb, bununla belə camaatımız şikayət etməyə yer tapır. Özü də şikayət ediləcək yer əvvəlkindən daha çoxdur. Avropa Məhkəməsi, beynəlxalq təşkilatlar, səfirliklər... Nardaran əhli xeyli müddətdir bir dərdə mübtəla olublar. Camaat dad döyüb, torpaqlarının əllərindən alınmasından şikayətlənirlər. Getmədikləri yer, döymədikləri qapı qalmayıb, di gəl ki, Azərbaycanda bir kimsə onlara yardım əlini uzatmaq istəmir. Hər halda, özləri belə deyirlər. Əlacsız qalan nardaranlılar da çox götür-qoydan sonra Birləşmiş Ştatların prezidenti Corc Buşdan kömək istəmək qərarına gəliblər. Yaxşı, qəsəbə camaatı kömək üçün niyə məhz ABŞ prezidentinə müraciət ediblər? Bunun səbəbi var. Nardaranlılar deyirlər ki, ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Stenli Eskuderonun azərbaycanlı gəlini onların dədə-babalarından miras qalmış torpaqlarına göz dikib. Eskuderonun da dilindən qıfıl açılıb bir qayınata kimi "ay gəlin, belə olmaz, bu camaat yazıqdır" deməməsi, əksinə gəlininə bu işdə yol göstərməsi nardaranlıları lap qəzəbləndirib. Buna görə də ABŞ vətəndaşından ABŞ prezidentinə şikayət yazıblar. Ki, bir amerikalının Bakıda at oynatması Amerikanın Azərbaycandakı nüfuzunu heçə endirir. Mən Nardaran əhlinin müraciətindən belə anladım ki, onlar Buşun Eskuderodan bu işdən vaz keçməsini istəməsini xahiş edirlər. Bəribaşdan deyirəm; alınmayacaq. Ona görə yox ki, C.Buşun ölkəsinin vətəndaşının yanında sözü keçərli deyil. Əsla. Bunun ayrı səbəbi var ki, deyim elə nardaranlılar da bilsinlər. İki gündən sonra Nardaranda "Ymumdünya Qüds günü" ilə bağlı mitinq keçiriləcək. Aksiyada İsrailə və onu dəstəkləyən ölkələrə qarşı şüarlar səsləndiriləcək, dünya müsəlmanları birliyə çağırılacaq. Bunda işim yox, bizdə sərbəst toplaşmaq azadlığı var. Nardaranlılar aksiyanın sonunda ABŞ-ın bayrağını yandıracaqlar. Bu yandan Bundaş kömək istəyirlər, o biri tərəfdən ABŞ-ın bayrağını yandırırlar. Belədə hansı prezident dövlətinin bayrağını yandırana kömək əlini uzadar?! Nəsə, nardaranlıların işindən heç baş açmaq olmur... Qalib express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar