SON XƏBƏRLƏR

Cənubi Afrikada 11 nazir istefa verdi

2021.10.20, 07:36
Cənubi Afrikada 11 nazir istefa verdi

Gunaz.tv
Cənubi Afrikada 11 nazir istefa verdi Cənubi Afrikanın 11 naziri, başqa sözlə, kabinetin yarısı bildirib ki, onlar Prezident Thabo Mbekinin istefasından sonra vəzifələrini tərk edirlər. Onlar istefa ərizələrini təqdim ediblər. BBC-nin Yohannesburqdakı müxbiri Cona Fişer xəbər verir ki, artıq hakimiyyətdə olan Afrika Milli Konqresində narahatlığlın səviyyəsi göz qabağındadır. Afrika Milli Konqresi cənab Mbekinin və onun rəqibi, ANC lideri Yakob Zumanın tərəfdarları arasında parçalanıb. Cənab Zumanın tərəfdarları bildiriblər ki, onlar rahat keçidin təmin olunması üçün kabinetin öz yerində qalmasını istəyirlər. Cənab Mbeki ofisi cümə axşamı tərk edəcək. Öz rəqibi Yakob Zumanın istintaqına müdaxilə etməsinə dair iddalardan sonra cənab Mbeki istefa verməyə məcbur edilib. Cənab Zuma Cənubi Afrikanın növbəti prezidenti olmağa namizəddir. İstefa verənlər arasında maliyyə naziri Trevor Manuel də var. O, Cənubi Afrika iqtisadiyyatına sabtilik gətirən fiqur hesab olunur. Son məlumata görə, o, yeni adminstrasiyada işləmək arzusunda olduğunu bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar