SON XƏBƏRLƏR

BİN LADEN AMERİKAYA SEÇKİ SÜRPRİZİ HAZIRLAYIR

2021.10.20, 07:36
BİN LADEN AMERİKAYA SEÇKİ SÜRPRİZİ HAZIRLAYIR

Gunaz.tv
BİN LADEN AMERİKAYA SEÇKİ SÜRPRİZİ HAZIRLAYIR Terrorçuların gələn ay bir sıra iri terror aksiyaları törədəcəyi haqda məlumatlar əldə edilib 132.jpg “əl-Qaidə” Amerikadakı seçkilərə sürpriz etmək üçün yaxın vaxtlarda terror aktlarının sayını artıra bilər. “The New York Sun” qəzetinin xəbərinə görə, ABŞ xüsusi xidmət orqanları Üsəma bin Ladenin oktyabr sürprizlərinə hazırlaşdığı haqda məlumatlar əldə edib. Bildirilir ki, “əl-Qaidə” rəhbərliyi terror təşkilatının regional özəklərinə bu cür mesaj göndərib: “Əlaqəni kəsməyin, tezliklə sizi çağıra bilərik”. Kəşfiyyat orqanlarında hesab edirlər ki, “əl-Qaidə”nin ABŞ-da noyabr ayında keçiriləcək prezident seçkilərinə təsir göstərmək üçün hansısa planları var. Bununla belə terrorçuların ABŞ-da aksiyalar təşkil etmək imkanları məhduddur və çox güman ki, onlar hücumları Birləşmiş Ştatların xaricdəki maraqlarına qarşı yönəldə bilərlər. Məsələn, bugünlərdə “əl-Qaidə”yə bağlı qruplaşma Yəməndə ABŞ səfirliyinin binasında partlayış törədib. Ardınca İslamabadda Qərb xüsusi xidmət orqanlarının agentlərinin toplaşdığı “Mariott” oteli partladılıb. Bildirilir ki, bin Laden bundan əvvəl də Qərb ölkələrində seçkilərə təsir etmək üçün terror taktikasından istifadə edib. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar