SON XƏBƏRLƏR

Ermənistanın NABUCCO-da iştirakı...

2021.10.20, 07:36
Ermənistanın NABUCCO-da iştirakı...

Gunaz.tv
Ermənistanın NABUCCO-da iştirakı Zəlimxan Məmmədli: "Rusiyanın təsirindən çıxması üçün böyük imkandır" Yayılan son məlumatlara görə, Azərbaycan və Türkmənistanın xammalla təmin edəcəyi NABUCCO qaz kəmərinin bir hissəsi Ermənistan ərazisindən keçəcək. Belə olan halda isə bütün regional layihələrdən kənarda qalmış ermənilərin bu layihədə iştirak etməsi təmin olunur. Bu isə işğalçı dövlətin çökmüş iqtisadiyyatının bir qədər dirçəlməsinə və ölkəmiz üçün yeni təhlükə mənbəyinə çevrilməsinə səbəb ola bilər. Politoloq Zəlimxan Məmmədli bu barədə "OLAYLAR"a verdiyi açıqlamada təkcə NABUCCO-nun deyil, BTC, Bakı-Qars-Ərzurum və digər layihələrin həm də siyasi yükə malik olduğunu bildirib. Hazırda Qərb ölkələrinin Mərkəzi Asiyanın demokratikləşdirilməsi istiqamətində iş apardığını diqqətə çatdıran Z.Məmmədli deyib ki, bu ideoloji fəlsəfədir, Azərbaycan və Ermənistanın yaxınlaşmasında isə NABUCCO-nun rolu əvəzsizdir: "Bu mənada NABUCCO-nu "demokratik kəmər" adlandırmaq olar. Demokratiyanın Orta Asiya və Mərkəzi Asiyaya ixracını təmin edən bir kəmərdir. Ermənistan məsələsi anklav olaraq, Rusiyanın hərbi-siyasi maşınının təsiri altında uzun müddət yaşaya bilməz". Ermənistanın Rusiyayla ciddi hərbi ittifaqda olmasının regionda prpoblem yaratdığını deyən Z.Məmmədli, işğalçı ölkədə keçirilən son prezident seçkilərindən sonra bir sıra məqamların açıldığını diqqətə çatdırıb. Politoloqun fikrincə, bu ölkənin böyük əhəmiyyətli hissəsi demokratik dünyaya inteqrasiya etmək istəyir: "Levon Ter-Petrosyanın simasında toplanmış protest elektoratı hazırdır. Bu layihəyə Ermənistanın qoşulması onun Rusiyanın təsirindən çıxması üçün böyük imkandır". ("OLAYLAR"İA)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar