SON XƏBƏRLƏR

Azərbaycan korrupsiya indeksində gerilədi

2021.10.20, 07:36
Azərbaycan korrupsiya indeksində gerilədi

Gunaz.tv
Azərbaycan korrupsiya indeksində gerilədi 20040408135122transparency_international_sigla203x152.jpg Transparecy İnternational Təşkilatı korrupsiyaya dair illik göstəriciləri açıqlayıb. Azərbaycan 180 ölkənin daxil edildiyi siyahıda 158-ci yeri tutub. "Transparency İnternational" təskilatının Azərbaycandakı milli bölməsi olan "Səffaflıq Azərbaycan" yeni göstəricilərlə bağlı açıqlama verib və bildirib ki, təşkilat Azərbaycanın Korrupsiyanı Qavrama indeksində son iki il ərzində aşağı reytinqindən narahatdır. Açıqlamada deyilir ki, Azərbaycan korrupsiyanı qavrama indeksində 2003-cü ildə 1.8 baldan 2006-cı ildə 2.4 baladək yüksəlmişdi. Şəffaflıq Azərbaycan bildirir ki 2005-ci ilin iyun ayından "Şəffaflıq Azərbaycan" mərkəzlərinə 15 000-dən çox vətəndas müraciət edib, onlardan 2000-dən çoxu yazılı şikayət ərizələri təqdim ediblər və həmin şikayətlərin 80 faizi dövlət qurumları ilə əməkdaşlıq nəticəsində həll olunub. Korrupsiyanı qavrama indeksinə 180 ölkənin adı daxil edilib və Azərbaycan siyahıda 158-ci yerdədir. Azərbaycanın qonşuları - Rusiya 147-ci yerdə, Ermənistan 109-cu, Gürcüstan isə 67-ci yerdədir. Korrupsiynın ən az olduğu ölkə Danimarka hesab olunur və o, siyahıda birici yeri tutur. Siyahıda Böyük Britaniya 16-cı, Amerika isə 18-ci yerdə gəlirlər. "Bu ilki indeks mənim Azərbaycandakı vəziyyətlə bağlı peşəkar rəyimlə üst-üstə düşmür" Mikloş Marşal Şəffaflıq Azərbaycan təşkilatı bildirir ki, Azərbaycan üzrə göstəricilər 2.1 baldan 1.9 baladək enib və ölkənin adı siyahıda 180 ölkə arasında 2007-ci ildəki 150-ci yerindən 158-ci yerədək düşüb. Transparency İnternational təşkilatının regional direktoru Mikloş Marşal Azərbaycanın siyahıda adının aşağı düşməsindən təəccübləndiyini bildirib. O, deyib ki, bu ilki indeks onun Azərbaycandakı vəziyyətlə bağlı peşəkar rəyilə üst-üstə düşmür. Cənab Marşal Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü, Dünya Bankı kimi təşkilatların antikorrupsiya təhlillərinin indeksdə əks etdirilməməsindən təəccübləndiyini deyib. O, eyni zamanda dərin təhlillərin ümumi qavranışlardan fərqli olmasını normal saydığını əlavə edib. Cənab Marşal Azərbaycanda biznes mühitini Azərbaycanın düzgün islahatlar yolunda olduğuna inandırmaq üçün hökumətin daha çox iş görməli olduğunu deyib. bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar