SON XƏBƏRLƏR

CORC BUŞUN MÜXALİF LİDERLƏRLƏ GÖRÜŞÜNDƏ BAKILI MÜXALİFƏTÇİ DƏ İŞTİRAK EDİB

2021.10.20, 07:36
CORC BUŞUN MÜXALİF LİDERLƏRLƏ GÖRÜŞÜNDƏ BAKILI MÜXALİFƏTÇİ DƏ İŞTİRAK EDİB

Gunaz.tv
CORC BUŞUN MÜXALİF LİDERLƏRLƏ GÖRÜŞÜNDƏ BAKILI MÜXALİFƏTÇİ DƏ İŞTİRAK EDİB ABŞ prezidenti Corc Buş Nyu-Yorkda bir çox ölkənin müxalif liderləriylə görüşüb. Görüşdə Rusiyanı təmsil edən bakılı şahmatçı Harri Kasparov Ağ ev sahibinə «Şahmat həyat modeli kimi» kitabını bağışlayıb. «Media forum» saytı xəbər verir ki, C.Buşla görüşdə Belarusdan Aleksandr Kozulin, keçmiş sovet dissidenti, israilli Natan Şaranski, Tibet buddistlərinin lideri Dalay Lamanın təmsilçisi Lodi Qyari, həmçinin Venesuela, Kuba, Çin, Misir, Myanma, Şimali Koreya, Suriya müxalifətçiləri olublar. Prezident müxalifətçiləri birinci ledi Lora Buş və dövlət katibi Kondoliza Raysın iştirakıyla qəbul edib. Qonaqlara lanç verən C.Buş «azadlıq savaşının ön cəbhəsində döyüşən» müxalifət liderlərinə «Biz möhkəm inancınız və kişiliyinizə görə sizə çox minnətdarıq» deyib. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar