SON XƏBƏRLƏR

Rusiya-Amerika gərginliyi ən mürəkkəb mərhələdə . Moskva seçim qarşısındadır

2021.10.20, 07:36
Rusiya-Amerika gərginliyi ən mürəkkəb mərhələdə . Moskva seçim qarşısındadır

Gunaz.tv
Rusiya-Amerika gərginliyi ən mürəkkəb mərhələdə Moskva seçim qarşısındadır Artıq Rusiya-ABŞ münasibətlərindəki gərginlik yeni və daha mürəkkəb mərhələyə qədəm qoyur. Cənubi Osetiya məsələsində Qərb supergücünün Gürcüstana aşkar dəstək verməsi və bundan sonra Rusiyanın Amerika sahillərinə hərbi gəmilərini göndərərək, Venesuelada təlimlərə başlaması "soyuq müharibə"nin başlanğıcı kimi görünür. Amerikanın buna cavabı nə olacaqğ Politoloq Zəlimxan Məmmədlinin fikrincə, hazırda tərəflər arasındakı güc nisbəti eyni olmadığından "soyuq müharibə"dən danışmaq tezdir. Z.Məmmədlinin sözlərinə görə, sovet avtoritar təfəkkürü ilə idarə olunan, çökməkdə olan Rusiyanın, iqtisadi cəhətdən əlçatmaz, kifayət qədər müttəfiqi olan Amerikayla rəqabət aparmaq imkanı yoxdur: "Sadəcə Rusiya hərbi arsenalını işə saldığından, siyasi, diplomatik təfəkkürdə kasadlıq yaranıb. Amma Rusiyanın bu imitisayası boş şeydir. Bu dövlət Venesuela, Suriya kimi ölkələrə arxalandığından "Böyük Yeddilər", Avropa Birliyi ölkələri qarşısında tab gətirə bilməz. İqtisadi böhran o həddə çatıb ki, ölkənin daxilində inqilabi proses başlana bilər". Politoloq deyib ki, belə davam edəcəyi təqdirdə Rusiyada demokratiya uğrunda mübarizə yeni mərhələyə qədəm qoya bilər. Z.Məmmədlinin fikrincə, Rusiyanın öz sərhədləri daxilində demokratiyanı qurmaq və demokratik dünyanın bir hissəsi olmaq imkanlarından başqa çarəsi yoxdur. Yəni belə olarsa, indiki hakimiyyət də qala, daha ciddi problemlərdən sığortalana bilər. Rusiyanın ərazisində hərbi təlim keçirdiyi Venesuelanın dünyadan təcrid olunduğunu deyən Z.Məmmədli, sonda bu ölkənin də əvvəlkilər kimi Şimal qonşumuzun qurduğu siyasətin qurbanı olmasını istisna etməyib. ("OLAYLAR"İA)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar