SON XƏBƏRLƏR

Babacan-Nalbəndyan-Məmmədyarov görüşü bizə nə verəcək?_Qabil Hüseynli: "Müsbət nəticə əldə etmək mümkündür"

2021.10.20, 07:36
Babacan-Nalbəndyan-Məmmədyarov görüşü bizə nə verəcək?_Qabil Hüseynli: "Müsbət nəticə əldə etmək mümkündür"

Gunaz.tv
Babacan-Nalbəndyan-Məmmədyarov görüşü bizə nə verəcəkğ Qabil Hüseynli: "Müsbət nəticə əldə etmək mümkündür" qabilhuseynli.jpg Seçki öncəsi Dağlıq Qarabağ münaqişəsiylə bağlı məsələlərdə durğunluq hiss olunsa da, Türkiyənin və ATƏT-in Minsk Qrupunun atdığı bəzi addımlar yaranmış passivliyin az da olsa, aradan qalxmasına imkan yaradıb. Artıq yaxın günlərdə Nyu-Yorkda Türkiyə, Azərbaycan, Ermənistan xarici işlər nazirlərinin görüşü nəzərdə tutulub. Babacan-Nalbəndyan-Məmmədyarov görüşündən hansı nəticəni gözləmək olarğ Politoloq Qabil Hüseynli "OLAYLAR"a verdiyi açıqlamada bildirib ki, Türkiyə prezidentinin hər iki ölkəyə səfərindən və pozitiv bəyanatlar verməsindən sonra XİN rəhbərlərinin görüşü də bu atmosferdə keçə bilər. Politoloqun fikrincə, baş tutacaq görüş hər üç ölkə rəhbərinin görüşüylə bağlı nəticə xarakterli təkliflərin hazırlanmasına səbəb ola bilər: "Zənnimcə, sülhyaratma prosesini deyil, ona aparan yolları təmizləyən addımlar atıla bilər. Bunlardan biri Dağlıq Qarabağ ətrafında işğal edilmiş rayonların azad edilməsi və bunun müqabilində Ermənistanın blokda vəziyyətindən çıxarılması bir neçə gündür ki, müzakirə obyektidir". Q.Hüseynli ehtimal edir ki, sözügedən məsələ həm XİN rəhbərlərinin, həm də dövlət başçılarının görüşündə müzakirə olunarsa, müsbət nəticə əldə etmək mümkündür. olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar