SON XƏBƏRLƏR

SAAKAŞVİLİ «İKİNCİ QIZILGÜL İNQİLABI»na HAZIRLAŞDIĞINI BƏYAN EDİB

2021.10.20, 07:36
SAAKAŞVİLİ «İKİNCİ QIZILGÜL İNQİLABI»na HAZIRLAŞDIĞINI BƏYAN EDİB

Gunaz.tv
SAAKAŞVİLİ «İKİNCİ QIZILGÜL İNQİLABI»na HAZIRLAŞDIĞINI BƏYAN EDİB th105752958.jpg Gürcüstan prezidenti Mixail Saakaşvili sentyabrın 23-də BMT Baş Assambleyasının 63-cü sessiyasının ümumi siyasi diskussiyasında çıxış edərkən bildirib ki, onun ölkəsi təzavüzkarlığa «ikinci qızılgül inqilabı» ilə cavab verəcək. «Media forum» saytının məlumatına görə, «Gürcüstan silahın zorunu yeni demokratikləşmə tədbirləri ilə cavablandıracaq» deyən Saakaşvili qeyd edib ki, «ikinci qızılgül inqilabı»nda parlament səlahiyyətlərinin genişləndirilməsi, məhkəmə sisteminin möhkəmləndirilməsi, siyasi həyatda plüralizmi artırmaq, xüsusi mülkiyyətin müdafiəsi üçün əlavə tədbirlər görmək nəzərdə tutulur. M.Saakaşvili çıxışında dünya dövlətlərini ərazi bütövlüyü prinsipinin pozulmasına, sərhədlərin dəyişdirilməsinə imkan verməməyə və Cənubi Osetiya ilə Abxaziya separatçılarını qınamağa çağırıb. Onun sözlərinə görə, Gürcüstanın işğal olunması, onun iki bölgəsinin müstəqil dövlət kimi tanınması və həmin ərazilərdə etnik təmizləmə siyasətinin aparılması Baş Assambleyaya qarşı total bir çağırışdır və assambleya bu çağırışa düzgün cavab verməlidir. M.Saakaşvili Cənubi Osetiya ilə Abxaziyadakı hazırkı sülhyaratma mexanizmlərinin dəyişdirilməsini istəyib. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar