SON XƏBƏRLƏR

ABDULLA GÜL BMT TƏHLÜKƏSİZLİK ŞURASINDAN ÜZVLÜK İSTƏDİ

2021.10.20, 07:36
ABDULLA GÜL BMT TƏHLÜKƏSİZLİK ŞURASINDAN ÜZVLÜK İSTƏDİ

Gunaz.tv
ABDULLA GÜL BMT TƏHLÜKƏSİZLİK ŞURASINDAN ÜZVLÜK İSTƏDİ bmt_gul11.jpg «Amerikanın səsi»nin məlumatına görə, Türkiyə prezidenti Abdulla Gül dünən BMT Baş Assambleyasının sessiyasında çıxış edərək Təhlükəsizlik Şurasının ölkəsinə daimi olmayan üzvlük verməsini istəyib. A.Gül Türkiyənin siyasi və iqtisadi, sosial və mədəni parametrlər baxımından Təhlükəsizlik Şurasının işinə yardım edə biləcəyini söyləyib. O, Ankaranın regional və qlobal əhəmiyyətini vurğulayaraq təklif etdiyi Qafqazda Sabitlik və Əməkdaşlıq Platformasının Rusiya və Gürcüstan arasındakı münaqişənin həllinə yardımçı ola biləcəyini bildirib. Onun sözlərinə görə, Türkiyənin mövqeyi Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım göstərə bilər. Prezident qeyd edib ki, belə nizamlamalar ərazi bütövlüyünə hörmət prinsipinə əsaslanmalıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar