SON XƏBƏRLƏR

PAYTAXTDA DAHA BİR YOL QOVŞAĞI AÇILDI

2021.10.20, 07:36
PAYTAXTDA DAHA BİR YOL QOVŞAĞI AÇILDI

Gunaz.tv
PAYTAXTDA DAHA BİR YOL QOVŞAĞI AÇILDI Bu gün paytaxtın Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsində inşa olunan yeni yol qovşağının bir hissəsi istifadəyə verilib. Prezident İlham Əliyev körpünün açılış mərasimində iştirak edib. Ümumi uzunluğu 1286 metr olan yol qovşağının 936 metri 4 cərgəli, 350 metri isə 2 cərgəlidir. Tikinti işlərinə 2006-cı ilin martında başlanılan yol qovşağını «Azərkörpü» Səhmdar Cəmiyyəti inşa edir. Burada 65 metr uzunluğunda körpü aşırımları var. Körpünün dayanıqlığı və elastikliyini təmin etmək üçün inşaatçılar sonradan gərginləşdirmə üsulunu tətbiq ediblər. Körpünün ətrafı abadlaşdırılıb, müasir işıqlandırma sistemi qurulub. Nəqliyyat naziri Ziya Məmmədov prezident İlham Əliyevə məlumat verib ki, yol qovşağı Bakının mərkəzi ilə ətraf yaşayış məntəqələrini və hava limanını əlaqələndirəcək. Regionda ilk dəfə olaraq tikintidə körpü aşırımlarını birləşdirmək üçün deformasiya tikişi - daraqlı toxumalar quraşdırılıb və bu, nəqliyyatın rahat, təhlükəsiz hərəkətinə təminat verir. AzərTAc bildirir ki, daha sonra dövlət başçısı Heydər Əliyev prospektində Əzizbəyov dairəsindən «Ramstor» dairəsinədək ərazidə aparılan yenidənqurma işləri və Yusif Səfərov küçəsində aparılan abadlıq işləri, «Excelsior» mehmanxanası yaxınlığında tikilən müxtəlif səviyyəli yol qovşağının layihəsi ilə də tanış olub. yol_2008_23sentyabr_1.jpg yol_2008_23sentyabr_2.jpg yol_2008_23sentyabr_3.jpg yol_2008_23sentyabr_4.jpg mediaforum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar