SON XƏBƏRLƏR

WWW.ODNOKLASSNİKİ.RU SAYTI AZƏRBAYCANIN DÖVLƏT SİRRİNİ YAYIR

2021.10.20, 07:36
WWW.ODNOKLASSNİKİ.RU SAYTI AZƏRBAYCANIN DÖVLƏT SİRRİNİ YAYIR

Gunaz.tv
WWW.ODNOKLASSNİKİ.RU SAYTI AZƏRBAYCANIN DÖVLƏT SİRRİNİ YAYIR internet.jpg Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) Rusiyanın www.odnoklassniki.ru saytında respublikanın hərbi hissələrinin nömrəsi, təyinatı və dislokasiyası ilə bağlı yer almış məlumatlar araşdıracaq. Bunu rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib. İ.Məmmədovun sözlərinə görə, bu tip məsələlər tək RİTN deyil, digər aidiyyəti dövlət orqanları tərəfindən baxılaraq araşdırılmalıdır: «Bu saytlarda olan məlumatların müəyyən hissəsi gerçəkliyi əks etdirir. Bu məsələlər tək bizim nazirlik tərəfindən deyil, aidiyyəti dövlət qurumları tərəfindən araşdırılacaq və bununla bağlı dəqiq fikir söyləniləcək». Qeyd edək ki, www.odnoklassniki.ru saytının tanışlıq bölməsində istifadəçilər tərəfindən yaradılmış qruplarda Azərbaycanın hərbi hissələrinin nömrəsi, təyinatı və dislokasiya məntəqələri göstərilib.versiya

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar