SON XƏBƏRLƏR

ŞOK! “Ergenekon”da dövlətin qoruduğu adam da həbs olundu .Bu gün həbs olunanların sayı 9-a çatdı

2021.10.20, 07:36
ŞOK! “Ergenekon”da dövlətin qoruduğu adam da həbs olundu .Bu gün həbs olunanların sayı 9-a çatdı

Gunaz.tv
ŞOK! “Ergenekon”da dövlətin qoruduğu adam da həbs olundu Bu gün həbs olunanların sayı 9-a çatdı ergenekoncular.jpg Türkiyədə “Ergenekon” çərçivəsində bu gün həbs olunanlarla bağlı yeni məlumatlar yayılıb. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, tanınmış jurnalist, “Kanaltürk” televiziyasının keçmiş sahibi, “Biz kaç kişiyiz” hərəkatının lideri Tuncay Özkan, kanalın xəbər mərkəzinin sabiq rəhbəri Adnan Bulud və keçmiş aparıcısı Duyğu Dikmənoğlu ilə yanaşı, bir qrup tanınmış şəxs də saxlanılıb. Saxlanılan 9 nəfərdən 4-ü Ankarada, 5-i İstanbulda həbs olunub. Həmin şəxslər İstanbulun Əsənyurd rayonunun sabiq bələdiyyə sədri Gürbüz Çapan, istefada olan polkovnik, sabiq prokuror, hazırda Türkiyə Futbol Federasiyasının üzvü olan Tanju Güvəndirən, sabiq polis rəisi Adil Sərdar Saçan, kardioloq, Tuncay Özkanın həkimi Məsud Özcan, dövlət məmuru Mahir Akkar, keçmiş polis əməkdaşı Hasan Kılıçarslandır. Tanju Güvəndirən terror təşkilatlarına qarşı ciddi qərarların müəllifi kimi tanınıb. O, bu gün həbs edilənədək dövlətin xüsusi mühafizəsi altında olub. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar