SON XƏBƏRLƏR

BARAK OBAMA: “TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏRİN NORMALLAŞMASI ERMƏNİSTAN ÜÇÜN GENİŞ İMKANLAR AÇACAQ”

2021.10.20, 07:36
BARAK OBAMA: “TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏRİN NORMALLAŞMASI ERMƏNİSTAN ÜÇÜN GENİŞ İMKANLAR AÇACAQ”

Gunaz.tv
BARAK OBAMA: “TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏRİN NORMALLAŞMASI ERMƏNİSTAN ÜÇÜN GENİŞ İMKANLAR AÇACAQ” barak_obama-1.jpg “Qafqazdakı son hadisələr sülhün əldə edilməsi yolunda ardıcıl olmağın önəmini ortaya qoydu. Son günlərdə biz Ermənistan və Türkiyə prezidentlərinin ümidverici addımlarının şahidi olduq. Onların dialoqa başlaması münasibətlərin normallaşmasına gətirib çıxara bilər, bu isə ticarət, nəqliyyat və enerji məsələlərində Ermənistan üçün geniş imkanlar açacaq”. Bu sözlər ABŞ prezidentliyinə namizəd Barak Obamanın Ermənistanın Müstəqillik Günü ilə bağlı müraciətində əksini tapıb. B. Obama bildirib ki, ABŞ-ın siyasəti də bu istiqamətdə qurulmalıdır. O, erməni xalqının müharibə və qeyri-sabitliklə müşayiət olunan dövrü arxada qoyaraq öz taleyinin sahibi olduğunu qeyd edib: “Ermənistan və diaspora hətta soyqırım və ağrı-acılar dövründə də ermənilikdən geri addım atmayıb”. B. Obama ermənilərin ABŞ-da elmin, mədəniyyətin, biznesin və siyasi təfəkkürün inkişafına böyük töhfə verdiklərini də vurğulayıb. APA

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar