SON XƏBƏRLƏR

“Əl-Qaidə” oktyabrda “sürpriz” hazırlayır

2021.10.20, 07:36
“Əl-Qaidə” oktyabrda “sürpriz” hazırlayır

Gunaz.tv
“Əl-Qaidə” oktyabrda “sürpriz” hazırlayır bin-laden.jpg Terror təşkilatı ABŞ-dakı prezident seçkilərinə təsir göstərmək istəyir “Əl-Qaidə” terror təşkilatının rəhbərliyi avqustun sonunda dünyanın müxtəlif ölkələrindəki təşkilatlarının rəhbərlərinə xəbərdarlıq göndərib. Xəbərdarlıqda “Hazır olun. Tezliklə bizə lazım ola bilərsiniz” deyilir. Lent.az-ın “The New York Sun” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə kəşfiyyat materiallarına girişi olan amerikalı məmur bildirib. Ekspertlər güman edirlər ki, “əl-Qaidə” ABŞ-da noyabrın 4-ə nəzərdə tutulan prezident seçkilərinin nəticələrinə təsir edə biləcək “oktyabr sürprizi” hazırlayır. Qəzet xatırladır ki, 2004-cü ilin martında Madrid qatarlarında həyata keçirilən terror aktı parlament seçkilərində İspaniya qoşunlarını İraqdan çıxartmağa söz verən sosialistlərin qələbəsinə gətirib çıxarıb. Üsamə bin Laden 2004-cü ildə Corc Buşu yenidən prezident seçəcəkləri təqdirdə amerikalıları cəzalandırmaqla hədələyib. Pakistanda parlament seçkiləri ərəfəsində - 2007-ci ilin dekabrında isə keçmiş baş nazir Benəzir Bhutto öldürülüb. Müşahidəçilər qeyd edirlər ki, terrorçuların aktivləşməsi Respublikaçılar Partiyasının namizədi Con Makkeynin xeyrinə olacaq. Aqressiv xarici siyasətin tərəfdarı olan Makkeyn xarici siyasətdə və milli təhlükəsizlik məsələlərində daha təcrübəli hesab olunur. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar