SON XƏBƏRLƏR

Atom Enerjisi Üzrə Beynəlxalq Agentlik İrana xəbərdarlıq edib .Bu, İranın nüvə fəaliyyətini gizlətməsi ilə bağlıdır

2021.10.20, 07:36
Atom Enerjisi Üzrə Beynəlxalq Agentlik İrana xəbərdarlıq edib .Bu, İranın nüvə fəaliyyətini gizlətməsi ilə bağlıdır

Gunaz.tv
Atom Enerjisi Üzrə Beynəlxalq Agentlik İrana xəbərdarlıq edib Bu, İranın nüvə fəaliyyətini gizlətməsi ilə bağlıdır maqate-hazir.jpg Atom Enerjisi Üzrə Beynəlxalq Agentlik (MAQATE) İrana nüvə fəaliyyətini gizlətdiyi üçün xəbərdarlıq edib. Bu xəbərdarlıq qurumun Avstriyanın paytaxtı Vyanada keçirilən iclasında səsləndirilib. Keçirilən görüşdən sonra İranın bu qurumdakı nümayəndə heyətinin başçısı ABŞ-ı rəsmi Vaşinqtonla Tehranı üz-üzə qoymaq üçün agentlikdən bir alət kimi istifadə etməyə çalışdığını bildirib. İranın MAQATE-dəki nümayəndə heyətinin başçısı Əli Əsgər Sultaniyə isə deyilən ittihamları qəbul etməyib. O, eyni zamanda MAQATE-ni anti-İran təbliğatı aparmasında rəsmi Vaşinqtonun günahkar olduğunu bildirib. O, çıxışı zamanı bildirib ki, İran bu qurumla sıx əməkdaşlıq nümayiş etdirir: «Bizim əməkdaşlığımızda hər hansı dəyişiklik olmayacaq. Baş direktorun söylədiyi kimi biz agentliklə əməkdaşılığımzı davam etdirəcəyik. Agentlik yoxlanışlarını davam etdirə bilər. Çünki İran bütün nüvə materiallarına və imkanlarına çıxış əldə etmək üçün hər hansı çətinlik yaratmayıb. Bu fikir davam edəcək. Biz bildirmişik ki, hərtərəfli mühafizəyə uyğun olaraq öhdəliklərmizi davam etdirəcəyik və İranla agentlik arasında razılaşdırılmış şəkildə iş planını yerinə yetirmək və qanun öhdəlikləri yerinə yetirmək üçün sıx işləyir və əməkdaşlıq edirik». /ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar