SON XƏBƏRLƏR

Gürcüstanda çalışan türk, azərbaycanlı işçilər Cənubi Osetiya milшsinin silahlı hücumuna məruz qalıblar

2021.10.20, 07:36
Gürcüstanda çalışan türk, azərbaycanlı işçilər Cənubi Osetiya milшsinin silahlı hücumuna məruz qalıblar

Gunaz.tv
Gürcüstanda çalışan türk, azərbaycanlı işçilər Cənubi Osetiya milшsinin silahlı hücumuna məruz qalıblar gurcu_esg_23_09_08.jpg Osetin milisləri onları zorla sıraya düzərək, atəş açmaq istəyiblər Gürcüstanda yol tikintisində çalışan türk işçilər qondarma Cənubi Osetiya Respublikasının milisinin silahlı hücumuna məruz qalıb. İşçilərin arasında azərbaycanlılar da var. Gürcüstandakı türk iş adamı Turqay Atasəlimin CNN Türk kanalına açıqlamasına görə, insident paytaxt Tiflisin 50 kilometrliyində yerləşən İqoeti qəsəbəsində baş verib. İsrailin «Atasom» şirkətinin türk, azərbaycanlı və gürcülərdən ibarət işçilərinin çalışdığı əraziyə daxil olan osetin milisləri onları zorla sıraya düzərək, atəş açmaq istəyiblər. Lakin yerli sakinlər çox böyük çətinliklə fəhlələrə atəş açılmasının qarşısını ala bilib. Türk iş adamının sözlərinə görə, milislər əllərindəki avtomat silahlarla yol tikinitisində istifadə edilən texnikaya atəş açdıqdan sonra ərazidən uzaqlaşıblar. /ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar