SON XƏBƏRLƏR

NYU-YORKDA ƏHMƏDİNEJADA QARŞI NÜMAYİŞLƏR KEÇİRİLİB

2021.10.20, 07:36
NYU-YORKDA ƏHMƏDİNEJADA QARŞI NÜMAYİŞLƏR KEÇİRİLİB

Gunaz.tv
NYU-YORKDA ƏHMƏDİNEJADA QARŞI NÜMAYİŞLƏR KEÇİRİLİB Sentyabrın 22-də Nyu-Yorkda BMT Baş Assambleyasının yerləşdiyi binanın ətraf küçələrində İran prezidenti Mahmud Əhmədinejada qarşı etiraz nümayişləri keçirilib. «Media forum» saytının məlumatına görə, bir neçə yəhudi təşkilatının və ayrı-ayrı hüquq müdafiəçilərinin təşkil etdiyi aksiyalara minlərlə adam qatılıb. Nümayişçilərin əllərində üzərində «Dözümsüz islamçı faşistlər» və «Buşehr bombası» sözləri yazılmış şüarlar da olub. Etiraz nümayişində nitq söyləyən Nobel mükafatı laureatı Eli Vizel deyib: «İran prezidenti Mahmud Əhmədinejadın BMT Baş Assambleyasında çıxışına nəinki icazə verilməməlidir, hətta ona qarşı cinayət işi açılmalıdır. Əhmədinejad dünya sülhü üçün böyük bir təhdid sayılır. O burda olmamalıdır. Onun yeri BMT-nin həbsxanasıdır». Qeyd edək ki, M.Əhmədinejad Nyu-Yorka BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün gedib. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar