SON XƏBƏRLƏR

Mişel Dane :Dağlıq Qarabağ ərazisindən narkotik maddələrin daşınması bütün dünyanın problemidir

2021.10.20, 07:36
Mişel Dane :Dağlıq Qarabağ ərazisindən narkotik maddələrin daşınması bütün dünyanın problemidir

Gunaz.tv
«Dağlıq Qarabağ ərazisindən narkotik maddələrin daşınması bütün dünyanın problemidir» narkotik.jpg Ümumdünya Gömrük Təşkilatının baş katibi Mişel Dane bunun qarşısı tez bir zamanda alınmalı olduğunu deyir «Dağlıq Qarabağ ərazisindən narkotik maddələrin daşınması və qeyri-qanuni pul köçürmələrinin həyata keçirilməsi bütün dünyanın problemidir». Bu açıqlama ilə Bakıda səfərdə olan Ümumdünya Gömrük Təşkilatının baş katibi Mişel Dane çıxış edib. O, bildirib ki, bunun qarşısı tez bir zamanda alınmalıdır. «Narkotik maddələrin qaçaqmalçılığı, terorizm və bu kimi digər hadisələr bizim cəmiyyətlərimizi məhv etməkdədir. Buna görə də Dünya Gömrük Təşkilatı bütün ölkələr üzrə gömrüklə bağlı tədqiqatçıların nümayəndərini bir yerə toplayıbkı birilkdə oturub bu məsələləri müzakirə etsinlər və buna qarşı mübarizə aparsınlar». O,eyni problemin Moldovada da olduğunu deyib. «Bu, beynəlxalq cəmiyyət üçün problemdir». /ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar