SON XƏBƏRLƏR

Mədəniyyətin olsun! . Tehran Əhmədineyadı Hitlerə bənzədən Berluskoniyə təpindi

2021.10.20, 07:36
Mədəniyyətin olsun! . Tehran Əhmədineyadı Hitlerə bənzədən Berluskoniyə təpindi

Gunaz.tv
Mədəniyyətin olsun! Tehran Əhmədineyadı Hitlerə bənzədən Berluskoniyə təpindi İtaliya ilə İran arasında diplomatik qalmaqal böyüməkdədir. Baş nazir Silvio Berluskoni "Keren Xayesod" yəhudi təşkilatının nümayəndələri ilə görüşdə Mahmud Əhmədineyadı Adolf Hitlerlə müqayisə edib. Maraqlıdır ki, baş nazir nitqi zamanı nə Əhmədineyadın, nə də Hitlerin adını çəkib. Lakin onun nitqindən söhbətin kimdən getdiyi məlum olub. İran tərəfi Berluskoninin nitqinə etiraz edərək bunun İtaliya xalqına və onun mədəniyyətinə uyğun olmadığını qeyd edib. Buna cavab olaraq İtaliya Xarici İşlər Nazirliyi Berluskoninin bəyanatının Əhmədineyadın İsraillə bağlı bəyanatlarına cavab olduğunu qeyd edib: "Biz İranın beynəlxalq arenada daha məsuliyyətli mövqe tutacağına ümid edirik". İtaliya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, İran tərəfi Xolokostu, həmçinin İsrail dövlətinin mövcudluğunu şübhə altına alıb və Berluskoninin sözləri bu kimi bəyanatlara cavabdır. Berluskoninin lideri olduğu "Azadlıq Xalqı" hakim koalisiyasının üzvlərindən Enriko Pyanetta isə bildirib ki, Əhmədineyad Hitlerdən də təhlükəlidir, çünki təkcə bütöv xalqı deyil, həm də İsrail dövlətini məhv etmək istəyir. İran hökuməti öz növbəsində İtaliyanın baş naziri Silvio Berluskoninin prezident Mahmud Əhmədineyadla bağlı bəyanatına cavab olaraq bu ölkəyə rəsmi etiraz göndərib. "RİA Novosti" agentliyinin məlumatına görə, Tehran Romanı siyasi mədəniyyətə dəvət edib. Yeri gəlmişkən, Əhmədineyad bəyan edib ki, düşmənlər İrana qarşı hansısa addım atsalar, bütün əhali, polis, könüllülər, SEPAH və əskərlərin hamısı təcavüzkarların tətiyə əl uzadana qədər onların əllərini sındıracaq və belələrini başladıqları işə peşman edəcək. M.Əhmədineyad vurğulayıb ki, İran xalqı dünyanın bütün xalqları ilə ədalətli, qardaş və dost əlaqaləri qurmağın tərəfdarıdır. İran ordusu istənilən hücumun qarşısını almağa hazırdır". M.Əhmədineyad ABŞ və Avropa tacirlərinin İrana əmtəə satmağa can atdığını da vurğulayıb: "Bizə qarşı tətbiq edilən sanksiyalara baxmayaraq, hazırda yüzlərlə amerikalı və avropalı tacir bizə mal satmaq istəyir, amma biz müəyyən şərtlər irələ sürərək onların mallarını almaqdan imtina edirik". Azər NURİYEV kaspi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar