SON XƏBƏRLƏR

ABŞ-ın ən çox erməni tələbəsi olan universitetində Azərbaycan dili tədris olunacaq

2021.10.20, 07:36
ABŞ-ın ən çox erməni tələbəsi olan universitetində Azərbaycan dili tədris olunacaq

Gunaz.tv
ABŞ-ın ən çox erməni tələbəsi olan universitetində Azərbaycan dili tədris olunacaq Yaxın həftələrdə ABŞ-ın Kaliforniya Universitetində Azərbaycan dilinin tədrisinə başlanacaq. APA-nın ABŞ bürosunun xəbərinə görə, universitetin Yaxın Şərq Dilləri və Mədəniyyətləri Departamenti tərəfindən təşkil olunan kurslarda Azərbaycan dilinin ilkin əsasları tədris ediləcək. Dərsləri Bakı Dövlət Universitetinin professoru Altay Göyüşov keçəcək. Qeyd edək ki, Los-Ancelesin Kaliforniya Universiteti ABŞ-da ən çox erməni tələbəsi olan elm ocağıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar