SON XƏBƏRLƏR

Güneylilər Avropada aksiyalara başlayıb

2021.10.20, 07:36
Güneylilər Avropada aksiyalara başlayıb

Gunaz.tv
Güneylilər Avropada aksiyalara başlayıb Növbəti aksiya Almaniyada planlaşdırılır Güney təşkilatları Avropada aksiyalar keçirməkdə davam edir. Sentyabrın 22-də Böyük Britaniyada fəaliyyət göstərən Güney Azərbaycan Təşkilatları Londonda İngiltərə parlamentinin binası qarşısında geniş aksiya keçirərək, öz haqlarının dünya tərəfindən tanınmasını tələb ediblər. Sentyabrın 21-də isə İsveçdə fəaliyyət göstərən Oyanış, Babək-Azərbaycan Kurslar, Qadınlar və Yanar Təbriz dərnəkləri birgə aksiya keçiriblər. Daha bir piketin isə bu ayın 27-də Almaniyanın Köln şəhərində Domplatte am Römerbogen meydanında sentyabrın 10-da Tehranda bir iftar məclisində 20-yə yaxın milli fəalın həbsinə etiraz əlaməti olaraq keçirilməsi nəzərdə tutulub. ("OLAYLAR"İA)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar