SON XƏBƏRLƏR

İRANDA ICTIMAI TƏHLÜKƏSIZLIK ƏMƏLIYYATLARININ YENI MƏRHƏLƏSI BAŞLANACAQ

2021.10.20, 07:36
İRANDA ICTIMAI TƏHLÜKƏSIZLIK ƏMƏLIYYATLARININ YENI MƏRHƏLƏSI BAŞLANACAQ

Gunaz.tv
İRANDA ICTIMAI TƏHLÜKƏSIZLIK ƏMƏLIYYATLARININ YENI MƏRHƏLƏSI BAŞLANACAQ DAK informasiya mərkəzinə daxil olan məlumata əsasən Tehran prokurorluğu və İnqilab məhkəməsi orucluq ayı bitdikdən sonra İranda ictimai təhlükəsizlik əməliyyatlarına başlanacağını bildirib. Tehran prokuroru Səid Murtəzəvi mətbuata açıqlamasında bu əməliyyatların detallarını açıqlamasada əməliyyatların əvvəlkilərdən çox ciddi və şiddətli olacağını vurğulayıb. Murtəzəvi əlavə edib ki, ictimai asayişi pozanlar, ixtişaşlar yaradanlar neçə nəfər olursa-olsun həbs ediləcək və ciddi cəzalandırılacaq. Öncəki əməliyyatlarda minlərlə ictimai asayişi pozanlar, ölkədə ixtişaş salmaq istəyənlər, əxlaqsız əməllərlə məşqul olanlar, geyimlərində ifrata yolverənlər, xarici musiqi və qanunsuz filmlər yayanlar, xususi polislər tərəfindən həbs edilərək ağır cəzalandırılıblar. Bu cəzalar həbs, şallaq və edam cəzaları da veriləcək. Keçən tədbirlərimizdəki həbs olunanlardan 29 nəfəri edama məhkum edilib və edam olunublar. O əlavə edib ki, bəzi dövlət məmurları bu əməliyyatların keçirilməsinə qarşı olsalar da biz ölkənin və ictimaiyyətin təhlükəsizliyini təmin etməliyik – deyib. dak

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar