SON XƏBƏRLƏR

DAĞLIQ QARABAĞ AZƏRBAYCANIN TƏRKİBİNDƏ QALARSA ERMƏNİLƏR BU ƏRAZİNİ TƏRK EDƏR

2021.10.20, 07:36
DAĞLIQ QARABAĞ AZƏRBAYCANIN TƏRKİBİNDƏ QALARSA ERMƏNİLƏR BU ƏRAZİNİ TƏRK EDƏR

Gunaz.tv
DAĞLIQ QARABAĞ AZƏRBAYCANIN TƏRKİBİNDƏ QALARSA ERMƏNİLƏR BU ƏRAZİNİ TƏRK EDƏR AzərTAc –ın xüsusi müxbiri xəbər verir ki, Türkiyənin “Milliyət” qəzetinə müsahibəsində bu fikri səsləndirən Ermənistanın dövlət başçısı Serj Sarkisyan Dağlıq Qarabağın gələcəyi ilə bağlı erməni tərəfinin bədbin baxışlarını ifadə etmişdir. İqtisadi çətinliklər məngənəsində sıxılan Ermənistanın Dağlıq Qarabağın mustəqilliyini də tanımayacağını bildirən Serj Sarkisyan əlavə etmişdir ki, bu münaqişənin sülh yolu ilə həlli istiqamətində danışıqlar davam edir. Onun sözlərinə görə, Gürcüstandakı hadisələr etnik münaqişələrin silah yolu ilə həllinin nə dərəcədə təhlükəli olduğunu göstərmişdir. Serj Sarkisyan “Milliyət” qəzetinin Ermənistanın Türkiyəyə qarşə ərazi iddialarına dair sualını cavablandırarkən demişdir ki, heç bir erməni rəsmisinin bu cür bəyanatı olmamışdır. Başqa bir suala cavabında isə demişdir ki, 20 il əvvəl natamam bildiyi Azərbaycan dilini indi unutmuş, hətta cümlə qurmaqda belə çətinlik çəkir. Türk və Azərbaycan dillərinin çox yaxın olduğu ona məlumdur. Bu səbəbdən türkiyəli həmkarı Abdullah Güllə tərcüməçi vasitəsilə söhbət etmiş, qarşıdakı futbol matçında İstanbulda olarkən Baş nazir Rəcəb Tayyib Ərdoğanla da görüşmək arzusundadır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar