SON XƏBƏRLƏR

Güney Azərbaycanın milli hərəkat fəalı Həsən Əsədi 6 ay həbsə məhkum olundu

2021.10.20, 07:36
Güney Azərbaycanın milli hərəkat fəalı Həsən Əsədi 6 ay həbsə məhkum olundu

Gunaz.tv
Güney Azərbaycanın milli hərəkat fəalı Həsən Əsədi 6 ay həbsə məhkum olundu hesenesedi.jpg DAK informasiya mərkəzinə daxil olan məlumata əsasən son günlərdə Güney Azərbaycan milli hərəkat fəallarından olan Həsən Əsədi Təbriz İnqilab məhkəməsi tərəfindən 6 ay müddətinə azadlıqdan məhrum edilib və Təbriz həbsxanasına yerləşdirib. İnqilab məhkəməsi Həsən Əsədini hakimiyyət əleyhinə təbliğ, pantükist təşkilatlarla əməkdaşlıqda itiham edib. Xatırladaq ki, Həsən Əsədi 2006-cı ildə Ərdəbil həbsxanasının qarşısında Abbas Lisaninin həbsinə qarşı etiraz aksiyasında iştirak etdiyinə görə həbs edilərək neçə ay ETTELAAT orqanlarında işgəncələrə məruz qalmışdır. Girov müqavilində azadlığa buraxılmışdır. Sonuncu dəfə may hadisələrinin ikinci ildönümü ərəfəsində Təbrizdə həbs edilərək bir ay təknəfərlik kamerada saxlanılaraq ağır işgəncələrə məruz qalmışdır. Hal hazırda Həsən Əsədi Təbriz həbsxanasında saxlanılır. dak

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar