SON XƏBƏRLƏR

Avropa enerji yollarını Azərbaycanda axtarır

2021.10.20, 07:36
Avropa enerji yollarını Azərbaycanda axtarır

Gunaz.tv
Avropa enerji yollarını Azərbaycanda axtarır 20080831152722pipelinerussia.jpg Amerikanın Avropa İttifaqındakı yeni səfiri Kristen Silverberq Avropanı Rusiyaya alternativ enerji marşrutları üzərində işləməyə çağırıb. Xanım Silverberq deyib ki, Rusiyanın beynəlxalq qanunlara məhəl qoymaması, zorakılığa əl atması və qonşularını hədələməsi bu məsələni son dərəcə aktual edir. O alternativ tranzit kimi Türkiyə, Gürcüstan və ələlxüsus Azərbaycanla əməkdaşlığa çağırıb. Bu arada Rusiya tədricən enerji dəhlizləri üzərindəki nəzarətə sahiblənməyə can atır. Buna parlaq misal kimi Moskvanın Amerikanın iri neft şirkətlərindən biri olan Chevronla münasibətləridir. Chevron 1993-cü ildə Qazaxıstanın Tengiz yatağına sahiblənəndə neft istehsalı gündə 60 min barrel idi. Lakin şirkət bu rəqəmi 10 dəfə artırmaq qərarına gələndə, Moskva ehmalca oyuna girdi. Amerika şirkətinə istehsalı azaltmaq təklif olundu. Rusiya boru kəmərlərindəki gərginliyi bəhanə gətirərək Chevronu çətin vəziyyətə saldı. Bu barədə nüfuzlu Bizness Week məcmuəsinin son sayında yazılıb. bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar