İranda daha üç iaşə obyekti bağlandı
Urmiya komandası İran Voleybol Premyer Liqasında daha üç xal qazandı
Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb
Küveyt İran səfirini Xarici İşlər Nazirliyinə çağırdı
İranda daha 9 məhbus edam edildi
Ceyhun Bayramov Ankarada TDT XİN Şurasının iclasında iştirak edib
İran edam və repressiyaları dərhal dayandırmalıdır- Hollandiya
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik ünvanlayıb
Rəsmi Seul Hörmüz boğazına hərbi qüvvə göndərməklə bağlı ABŞ-la danışıqlar aparır
Ceyhun Bayramov Türkiyəyə səfər edib
Qəzvinli fəal həbs edildi
Türkiyədə Cümhuriyyət Günü qeyd olunur
Tramp İranla müharibəni çox qısa müddətdə başa çatdırmaq niyyətindədir
İran polisi daha bir bəlucu öldürdü
İran məhkəməsi daha bir bəhaiyə ağır həbs cəzası verdi
İsrail və ABŞ razılaşıb: İrana genişmiqyaslı hücum bərpa ediləcək
Türkiyədə ABŞ İran arasında görüş keçirilməsi təklif edilib
İran Əmək Nazirliyinin rəsmisi ilin sonunadək 1 milyon 400 min iş yerinin itirilməsi təhlükəsi barədə xəbərdarlıq edib
Əmirhüseyn Ağayi Təbrizdə həbs edilib
Güneyli fəal Mehrdad Qaderi Təbriz həbsxanasına köçürülüb
İranda illik inflyasiya 76,8 faizə çatıb: ərzaq məhsullarında kəskin bahalaşma
Küveyt İran səfirini çağırıb
Ramil Həsən Cevdet Yılmazla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
ABŞ İsrailə daha çox “Patriot” hava hücumundan müdafiə sistemi göndərir
Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
Allahşükür Paşazadə: Dindarlar hər zaman dövlətimizin yanındadırlar, xaricdən gələcək hər bir təxribata cavab verməyə hazırıq
Iranda daha altı məhbus edam edilib
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Sulduzlu sosial media fəalı müvəqqəti olaraq sərbəst buraxılıb
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
Tramp seçkilərdən sonra İrana zərbə endirilməsinin mümkün olduğunu bildirib
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
ABŞ İranın Amerika hərbi gəmilərinin Hörmüzdən çıxması barədə bəyanatını təkzib edib
CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
Ərdəbilli fəal həbs edilib
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
İraqlı etirazçılar: “İran, itlərini geri çək!” (Video)
İran işğalçı rejiminin Azərbaycan Respublikasında din və hicabı müdafiə etməsi, işğal altındakı Əhvazda isə sünnilərin və vilayəti-fəqihə tabe olmayan şiələrin toplantılarını qadağan etməsi və onları həbs etməsi arasındakı ziddiyyət!!
İranda Güneyli rejissor həbs və əmlakının müsadirəsi cəzasına məhkum edilib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Obama ilə reytinqlərini bərabərləşdirmiş, hətta onu üstələyən Makkeyn iqtisadi böhran başlandıqdan sonra bu mövqeləri tamamilə itirib Qorxmaz Əsgərov (Vaşinqton) Aparıcı qəzetlərin yazdığına görə böhran dərinləşdikcə, respublikaçı namizədin qarşıdan gələn seçkilərdə qələbə şansları azalmaqda davam edəcək Son bir neçə gün ərzində ABŞ iqtisadiyyatı ağır zərbələrə məruz qalıb. İqtisadi stabilliyin əsas indikatorlarından biri olan Dou Cons indeksi 372 punkt aşağı düşüb ki, bu da ölkənin bütün maliyyə sistemini təhlükə altına salıb. Dolların zəifləməsi ilə müşayiət olunan iqtisadi böhran neft qiymətlərinə də təsir göstərib. Belə ki, bir qədər əvvəl neft qiymətlərinin enişi müşahidə olunsa da, ABŞ-da iqtisadi böhran başlayandan bəri neft qiymətlərində də 16 dollarlıq artım qeydə alınıb. Amerikadakı yerli ekspertlər bunu dolların beynəlxalq bazardakı mövqelərinin zəifləməsi ilə izah edirlər. ABŞ hökuməti Uoll Stritin nəhəng şirkətlərinin bankrotluğa düşməsinin qarşısını almaq üçün konqresə 700 milyard dollarlıq iqtisadi yardım paketi təqdim edib. Əgər bu paket konqresdə təsdiqlənsə, ABŞ Xəzinədarlıq Departamenti bu 700 milyard dollarlıq vəsaitdən istifadə edərək əsas maliyyə şirkətlərini iqtisadi burulğandan çıxarmaq imkanı əldə edəcəkdir. ABŞ hökuməti artıq 85 milyard dollarlıq yardımın Amerikanın nəhəng sığorta şirkətlərindən olan AİG-nin xilas edilməsinə yönəldiləcəyini bəyan edib. Yerli ekspertlər və həm demokrat, həm də respublikaçı siyasətçilər tezliklə ABŞ hökumətinin bazara müdaxilə edərək iri şirkətləri böhrandan qurtarmalı olduğu fikrində yekdildirlər. Lakin iqtisadi böhranın seçki ilin təsadüf etməsi ortaya məsələləri çətinləşdirən məqamlar çıxardıb. Konqresin hər iki palatasında üstünlüyü əldə saxlayan demokratlar iqtisadi böhranın səbəblərini müzakirə etməkdə maraqlıdırlar. Belə ki, bu cür müzakirələr ABŞ-ın hazırkı administrasiyasını çətin durumda saxlayaraq onun ictimai dəstəyini bir qədər də azalda bilər. Respublikaçı administrasiya isə bu tip müzakirələrə uzun vaxt ayırmayaraq iqtisadi paketi sürətlə konqresin hər iki palatasında təsdiq etdirməyə çalışır. «Nyu-York Taymz» qəzeti Senatın respublikaçı liderlərindən Miç Mak Konneldən sitat gətirərək yazır: «Sizin mətbəxinizdə yanğın başlayanda, siz onu söndürməyə gəlmiş yanğınsöndürənlərin qarşısını kəsib əvvəl yanğın detektorlarını tələb edib, sonra zirzəmidə alovlana bilən rəng qutularının saxlanmasının ziyanı barədə sizə uzun-uzadı moizə oxumasını tələb etməzsiniz. Siz istərsiniz ki, onlar sizin evinizi və ömrünüz boyu yığıb topladıqlarınızı tezliklə yanğından xilas etsinlər. İqtisadi vəziyyət barədə də eyni şeyi demək olar. Biz bilirik ki, iqtisadiyyatımıza ciddi təhlükə var və biz bilirik ki, biz hərəkətə keçib Meyn Stritə dəyən zərbədən yayınmalıyıq». Senatda iqtisadiyyat komitəsinin sədri demokrat Kris Dod isə CNN-in verdiyi xəbərlərə görə belə bir mövqe sərgiləyib: «Bizim çox vaxtımız yoxdur. Biz istəyirik hərəkətə keçək, lakin məsuliyyətlə hərəkətə keçmək istəyirik». Konqresin maliyyə xidmətləri komitəsi və senatın bank komitəsinin sədrləri (demokrat Barni Frenk və demokrat Kris Dod) bir araya gələrək ABŞ hökumətinin 700 milyardlıq yardım paketinə alternativ bir sənəd ortaya qoymuşlar. Həmin sənəd respublikaçılarla demokratların iqtisadiyyata baxışları arasında olan fundamental fərqləri əks etdirir. Belə ki, ABŞ hökumətinin layihəsinə əsasən 700 milyard dollarlıq iqtisadi paket Uoll Stritdə böhrandan əziyyət çəkən nəhəng şirkətlər və maliyyə qrupları arasında bölüşdürülməlidir, yerdə qalan problemlər isə bazar iqtisadiyyatının qanunlarına əsasən hökumət müdaxiləsi olmadan özəl şirkətlərin özləri arasında həll edilməlidir. Demokrat liderlərin təqdim etdiyi sənədə görə isə hökumətin şirkətlərə təqdim etdiyi iqtisadi paket şərtli olmalıdır: Dövlət bu pulu verdiyi şirkətlərin aksiyalarının müəyyən bir qismini alıb əlində saxlamalıdır; Hökumət maliyyə bazarına davamlı müdaxilə imkanlarını yaradaraq tənzimləyici sistem yaratmalıdır; maliyyə yardımını alan şirkətlər öz icraçı direktorlarının nəhəng maaşlarını əhəmiyyətli dərəcədə azaltmalıdırlar. ABŞ prezidenti Corc Buş demokratların bu mövqeyi ilə razılaşmayaraq onları iqtisadi paketi iri maliyyə şirkətlərini hökumət pullarını almaqdan çəkindirən məqamlarla ağırlaşdırmamağa çağırmışdır. Konqresin spikeri demokrat konqresmen Nensi Pelosinin bu məsələdə mövqeyi isə dəyişməz qalmışdır: «Biz sadəcə Uoll Stritə 700 milyard dollarlıq çek verib yaxşı nəticələr gözləyə bilmərik». İqtisadi böhran seçki kampaniyasının dinamikasını tamamilə dəyişmişdir. Bir qədər əvvəl xarici siyasət məsələlərində göstərdiyi qətiyyətə görə Barak Obama ilə reytinqlərini bərabərləşdirmiş, bəzi məqamlarda isə hətta onu üstələyən Con Makkeyn iqtisadi böhran başlandıqdan sonra bu mövqeləri tamamilə itirib. Hazırda seçki kampaniyası tamamilə iqtisadi məsələlər üzərində köklənib və CNN-in son iki gündə apardığı sorğular göstərir ki, Barak Obama Makkeyn üzərində 5 faizlik üstünlüyünü bərpa etməyə nail olub. Aparıcı qəzetlərin yazdığına görə böhran dərinləşdikcə, respublikaçı namizədin qarşıdan gələn seçkilərdə qələbə şansları azalmaqda davam edəcək.azadliqradiosu
Küveyt İran səfirini Xarici İşlər Nazirliyinə çağırdı
İran edam və repressiyaları dərhal dayandırmalıdır- Hollandiya
Türkiyədə Cümhuriyyət Günü qeyd olunur
İran polisi daha bir bəlucu öldürdü
İsrail və ABŞ razılaşıb: İrana genişmiqyaslı hücum bərpa ediləcək
Türkiyədə ABŞ İran arasında görüş keçirilməsi təklif edilib
Iranda daha altı məhbus edam edilib
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər
Iranda daha altı məhbus edam edilib
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İran agentlərinin ABŞ ərazisində olması ehtimalı yüksəkdir- New York Times
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
Rusiyalı nüvə alimləri İrandan təxliyə edilib?
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda daxili təyyarə biletləri 45 faiz bahalaşıb