SON XƏBƏRLƏR

RƏSMİ İRƏVAN QARŞILIQLI GÜZƏŞTLƏRƏ TƏRƏFDARDIR

2021.10.20, 07:36
RƏSMİ İRƏVAN QARŞILIQLI GÜZƏŞTLƏRƏ TƏRƏFDARDIR

Gunaz.tv
RƏSMİ İRƏVAN QARŞILIQLI GÜZƏŞTLƏRƏ TƏRƏFDARDIR eduard_nalbandyan.jpg Rəsmi İrəvan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə aparılan danışıqların qarşılıqlı güzəştlərə gətirməsinə tərəfdardır. Bu barədə xarici jurnalistlərə müsahibəsində deyən Ermənistanın Xarici İşlər naziri Edvard Nalbandyan qeyd edib ki, tərəflər problemin həlli istiqamətində xeyli irəliləyib və nizamlanmaya çıxa bilər. Müzakirələrin Helsinki aktının 3 prinsipi-güc işlədilməməsi , ərazi bütövlüyü və xalqların öz müqəddaratını təyin etməsi prinsipləri əsasında aparıldığını deyən Ermənistan rəsmisi ATƏT-in Minsk qrupunun təkliflərinin bu prinsiplərə uyğunlaşdırılması istiqamətində iş aparıldığını bildirib. Edvard Nalbandyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Türkiyənin son zamanlar fəallıq göstərməsi cəhdlərinə toxunaraq qeyd edib ki, əgər Türkiyə problemin nizamlanmasına kömək edə bilsə bunu ancaq alqışlamaq olar. Lakin danışıqların Minsk qrupu çərçivəsində aparılmasının vacib olduğunu deyən Ermənistanın xarici siyasət idarəsinin rəhbəri həmsədrlərin ötən ilin noyabrında Madriddə etdikləri təkliflərin əsas götürüldüyünü vurğulayıb. Gürcüstandakı hadisələrdən sonra bu çərçivənin işlək olmaması barədə söz-söhbətləri əsassız adlandıran nazir Qarabağ münaqişəsinin nizamlanması üzrə aparılan danışıqların Cənubi Osetiya ətrafındakı hadisələlərlə bağlamağın düzgün olmadığını vurğulayıb. /İctimai TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar