SON XƏBƏRLƏR

Türkiyənin rəsmi dini qurumu MP3 yüklənməsi barədə fətva verib

2021.10.20, 07:36
Türkiyənin rəsmi dini qurumu MP3 yüklənməsi barədə fətva verib

Gunaz.tv
Türkiyənin rəsmi dini qurumu MP3 yüklənməsi barədə fətva verib 20080923135408_1.gif İcazəsiz MP3 yükləmək günahdır. Türkiyənin “Yeni Əsr” qəzetinin yaydığı məlumata görə, din rəsmiləri və ilahiyyatçılər internetdən pirat MP3 yükləməyin günah olduğunu bildiriblər. Türjiyənin rəsmi dini qurumunun sədri Əli Bardakoğlu bildirib ki, başqası tərəfindən istehsal olunan hər hansı bir məhsul sahibinin icazəsi olmadan istifadə edilə bilməz. Bunun kimi musiqi dosyelərinin də sahibinin icazəsi olmadan internetdən yüklənməsi günahdır: “Müəlliflik hüquqlarına riayət etmək dinin əmridir. Çünki bu, başqasının zəhmətinə göstərilən hörmətin bir hissəsidir. Başqası tərəfindən hazırlanan bir məhsulun onun icazəsi olmadan internetdən yüklənməsi və istifadəsi günahdır. Bu, bir insanın razılığı olmadan onun əməyini əlindən almaqdır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar