SON XƏBƏRLƏR

QULAMHÜSEYN ƏLİBƏYLİNİN PARTİYASI ELAN OLUNDU – AYDINLAR PARTİYASI

2021.10.20, 07:36
QULAMHÜSEYN ƏLİBƏYLİNİN PARTİYASI ELAN OLUNDU – AYDINLAR PARTİYASI

Gunaz.tv
QULAMHÜSEYN ƏLİBƏYLİNİN PARTİYASI ELAN OLUNDU – AYDINLAR PARTİYASI qulamhuseyn_partiya1.jpg «Media forum» saytı xəbər verir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sabiq sədri Qulamhüseyn Əlibəylinin yaratdığı siyasi qurumun adı bu gün bəlli olub – Aydınlar Partiyası. Partiyanın təşəbbüs qrupunun bu gün keçirilən ilk iclasında qurultaya hazırlıq üzrə təşkilat komitəsi yaradılıb. 5 nəfərlik təşkilat komitəsinə Qulamhüseyn Əlibəyli, Xalq Cəbhəsi Partiyasının sabiq üzvləri Qorxmaz İbrahimli, Nizami Quliyev (sabiq deputat), Qadir İbrahimli (iqtisadçı alim), Xanoğlan Əhmədov («Geopolitika XXI əsr» qəzetinin baş redaktoru) daxil olub. «Media forum»un məlumatına görə, partiya sağ mərkəzçi mövqedə dayanacağını və hakimiyyətə müxalif mövqe tutacağını elan edib. Q.Əlibəyli 1958-ci ildə Masallıda anadan olub. İndiki Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Həmin fakültənin müəllimidir. Azərbaycan milli azadlıq hərəkatının ən fəal iştirakçılarından olub. Xalq Cəbhəsinin qurucularındandır. 1992-2008-ci illərdə AXC (1995-ci ildən AXCP) Ali Məclisinin sədri olub. 1995 və 2000-ci illərdə Milli Məclisin deputatı seçilib. AXCP sədri Əli Kərimlinin ən yaxın silahdaşlarından olan Q.Əlibəyli bu ilin avqustunda partiyadan istefa verib və prezident seçkisinə qoşulub. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar