SON XƏBƏRLƏR

Tanınmış jurnalist “Ergenekon”a görə həbs olundu

2021.10.20, 07:36
Tanınmış jurnalist “Ergenekon”a görə həbs olundu

Gunaz.tv
Tanınmış jurnalist “Ergenekon”a görə həbs olundu tuncay-ozkan.jpg Türkiyədə “Ergenekon” işində daha bir jurnalist tutulub. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, “Kanaltürk”ün keçmiş sahibi, tanınmış jurnalist Tuncay Özkan İstanbuldakı evində həbs olunub. Hazırda jurnalistin evində axtarış davam edir. Qeyd edək ki, “Kanaltürk” əvvəllər hökumətə qarşı müxalifət mövqeyindən çıxış edib. Hökuməti kəskin tənqid edən Tuncay Özkan bu yaxınlarda həmin kanalı hökumətə yaxın bir iş adamına satıb. Tuncay Özkanın aldığı yeni TV kanalı hələlik fəaliyyətə başlamayıb. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar