SON XƏBƏRLƏR

Neftin qiyməti 25 dollar qalxdı . “Qara qızıl”ın qiyməti 121 dollara çatdı

2021.10.20, 07:36
Neftin qiyməti 25 dollar qalxdı . “Qara qızıl”ın qiyməti 121 dollara çatdı

Gunaz.tv
Neftin qiyməti 25 dollar qalxdı “Qara qızıl”ın qiyməti 121 dollara çatdı neft-bazari.jpg Nyu-York birjasında alqı-satqı zamanı neftin qiyməti birdən-birə 25 dollar qalxıb. Lent.az-ın “Bloomberg” agentliyinə istinadən verdiyi məlumata görə, neft bir gün ərzində ən çox bahalaşmanın mütləq rekodunu qırıb. Alqı-satqı bitməmişdən öncə qiymət 130 dollara yaxınlaşıb. Lakin sonradan bir qədər düşərək 121 dollar təşkil edib. Ekspertlər bildirirlər ki, qiymət artımı dolların avroya nisbətən qiymətdən düşməsi ilə bağlıdır. Qeyd edək ki, avro dollara nisbətdə 2 faiz bahalaşıb. Neftin qiymətinin artmasına sentyabrın 22-də oktyabr ayı üçün füçerslərlə satışın axrıncı günü olması da öz təsirini göstərib. Bu gündən etibarən birjalarda noyabr ayı üçün neft satışına başlanılır. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar