SON XƏBƏRLƏR

Berlində Azərbaycana dair konfrans keçiriılib . Tədbirin mövzusu “Azərbaycan və Avropa Birliyi: strateji əməkdaşliğin yeni istiqamətləri” olub

2021.10.20, 07:36
Berlində Azərbaycana dair konfrans keçiriılib . Tədbirin mövzusu “Azərbaycan və Avropa Birliyi: strateji əməkdaşliğin yeni istiqamətləri” olub

Gunaz.tv
Berlində Azərbaycana dair konfrans keçiriılib Tədbirin mövzusu “Azərbaycan və Avropa Birliyi: strateji əməkdaşliğin yeni istiqamətləri” olub avropabirliyiflag.jpg Dünən Berlində „Azərbaycan və Avropa İttifaqı: strateji tərəfdaşlığın yeni istiqamətləri“ mövzusunda beynəlxalq konfrans keçirilib. Lent.az-ın məlumatına görə, tədbir Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Alman Xarici Əlaqələr Şurasının birgə təşkilatçılığı ilə baş tutub. İki sessiyadan ibarət konfransın ilk bölümü “Azərbaycan və Avropa İttifaqı: sabitlikdən modernləşməyə doğru”, ikinci bölümü isə “Azərbaycan və Avropa İttifaqı: strateji əməkdaşlıq istiqamətləri və perspektivləri” mövzusuna həsr edilib. Almaniya Bundestaqının deputatı Aleksandr Rarın sədrliyi ilə keçən konfransda Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Elxan Nuriyev, Azərbaycanın ATƏT-dəki daimi nümayəndəsi, səfir Fuad İsmayılov, Alman Xarici Əlaqələr Şurasının direktoru Eberhard Zandşnayder, Bundestaqın deputatı Eduard Lintner, Alman Xarici Əlaqələr Şurasının Rusiya və Avrasiya Mərkəzinin direktoru Şteffen Rayxe, Milli Məclisin üzvü Fuad Muradov, Azərbaycan İnsan Hüquqları Fondunun sədri Tural Kərimli, İslam Konfransı Təşkilatının Azərbaycan Gənclər Forumunun baş katibi Elşad İsgəndərov və başqaları məruzəçilər qismində çıxış edib, geniş formatlı müzakirələrdə fikir mübadiləsi aparılıb və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar