SON XƏBƏRLƏR

MDB dağılır . Birliyin Bişkək sammiti onun taleyini həll edəcək

2021.10.20, 07:36
MDB dağılır . Birliyin Bişkək sammiti onun taleyini həll edəcək

Gunaz.tv
MDB dağılır Birliyin Bişkək sammiti onun taleyini həll edəcək Oktyabr ayının əvvəllərind Qırğızıstan paytaxtında MDB ölkələrinin dövlət başçılarının zirvə toplantısı keçiriləcək. Sammitin gündəliyində duracaq əsas məsələ Birliyin 2020-ci ilədək iqtisadi inkişaf strategiyasıdır. Sənəd postsovet məkanında dövlətlərarası inteqrasiya proseslərini canlandırmaq üçün yeni cəhddir. Lakin bu "startegiya"nın həyata keçirilməsi üçün nəzərdə tutulduğu vaxt Kremlin "inteqrasiya" ilə bağlı ümidlərinin nə yerdə olduğuna dəlalət edir. Cənubi Osetiya və Abxaziyadakı hadisələr, Rusiyanın separatçı rejimləri "dövlət" kimi tanıması, üstəlik də aqressivlik və şovinizminə ən yüksək səviyyədə haqq qazandırması hazırlanmasına 3 ay vaxt sərf edilmiş "strategiya" bir yana, MDB-nin özünün gələcək taleyini və varlığını şübhə altına alır. Gürcüstan MDB tərkibindən çıxdığını bildirib. Əgər əvvəllər Tiflisin belə bəyanatlarının hamısı deklaratiiv səviyyədə qalırdısa, indi Rusiyanın Cənubi Osetiya və Abxaziyanın "dövlət müstəqilliyi"ni tanımasından sonra situsiya köklü şəkildə dəyişib. Ərazisi işğal edilib bombalananda MDB üzrə tərəfdaşlarından Moskvanın məşum əməllərinin pislənməsinə nail ola bilməyən Gürcüstan üzvlərinin tam əksəriyyəti ilə çoxdan bəri ikitərəfli münasibətləri formalaşdırdığı amorf, "canlı ölü" olan Birliyə marağını tamamən itirib. Müşahidəçilərin fikrincə, MDB-ni tərk etməyə növbəti namizəd GUAM üzrə Gürcüstanın tərəfdaşı və müttəfiqi Ukraynaldır. Kiyevlə Rusiya arasındakı kəskin mövqe və fikir qarşıdurması rus-gürcü qarşıdurması zamanı tam aşkarlandı. Eyni zamanda Ukrayna anladı ki, Rusiya hər vəchlə Krımda separatçılığı gücləndirməyə Sevastopoldakı Qara dəniz donanmasının "maraqlarının qorunması" məqsədilə ora qoşun yeritməyə hazırlaşır. Ukraynada hakim koalisiyanın dağılması və parlament böhranının yaranmasında da Moskvanın müstəsna rol oynadığını nəzərə alsaq, Kiyevin hasnı istiqamətdə hərəkət edəcəyini təxminləmək çətin deyil. GUAM-ın digər iki üzvü - Azərbaycan və Moldova isə əndişəli gözləmə mövqeyi tutublar. Bakı ilə Kişinyovun MDb ilə bağlı bundan sonrakı davranışı Dnestryanı bölgə və Dağlıq Qarabağla bağlı danışıqların taleyindən asılıdır. Hüseyn BAKUVİ express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar