SON XƏBƏRLƏR

Prezident Paralimpiyaçılarımızı qəbul edib . Dölət başçısı idmançılara və onların məşqçilərinə mükafatlar təqdim edib

2021.10.20, 07:36
Prezident Paralimpiyaçılarımızı qəbul edib . Dölət başçısı idmançılara və onların məşqçilərinə mükafatlar təqdim edib

Gunaz.tv
Prezident Paralimpiyaçılarımızı qəbul edib ilham-4.jpg Dölət başçısı idmançılara və onların məşqçilərinə mükafatlar təqdim edib Azərbaycan Prezidenti İlham Əliyev bu gün Prezident sarayında XIII Pekin Paralimpiya Oyunlarında ölkəmizi təmsil edən idmançıları və onların məşqçilərini qəbul edib. Prezidentin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dövlət başçısı idmançıları salamlayaraq deyib ki, Pekin Paralimpiya Oyunlarında qazanılmış qələbə tarixi nailiyyətdir. Prezident idmançıları təbrik edib və əmin olduğunu bildirib ki, bütün paralimpiyaçılar, onların məşqçiləri və Milli Paralimpiya Komitəsinin üzvləri səylə çalışacaq, idmançılarımız gələcək yarışlarda da çox yüksək peşəkarlıqla çıxış edəcək və Azərbaycanın idman şöhrətini daim yüksəklərdə saxlayacaqlar. Sonra Prezident İlham idmançılara və onların məşqçilərinə pul mükafatları təqdim edib. Paralimpiya Oyunlarının qalibi, cüdo üzrə ikiqat olimpiya çempionu İlham Zəkiyev dövlət başçısına təşəkkür edərək deyib ki, London Paralimpiya Oyunlarından da Vətənə yüksək nailiyyətlərlə dönəcəklər. Sonra Prezident İlham Əliyev paralimpiyaçılarla və onların məşqçiləri ilə xatirə şəkli çəkdirib. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar